Alternative content

19:55 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AZƏRTAC-ın fotomüxbirinin işi Amerika Fotoqrafiya Cəmiyyətinin qızıl medalına layiq görülüb
AZƏRTAC-ın fotomüxbirinin işi Amerika Fotoqrafiya Cəmiyyətinin qızıl medalına layiq görülüb
ANA SƏHİFƏ / Mədəniyyət
11:08 31.08.2018

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Serbiyanın Neqotin şəhərində keçirilən “ADVENTURE 2018” beynəlxalq fotomüsabiqədə Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) qızıl medalına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Foto Sənəti Federasiyası (FİAP) və Amerika Fotoqrafiya Cəmiyyəti (PSA) tərəfindən keçirilən “ADVENTURE 2018” müsabiqəsinə dünyanın 46 ölkəsindən 148 iştirakçının 2570 işi təqdim edilib.

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun 25 il bundan əvvəl, 1993-cü ilin aprel ayında Murovdağ zirvəsində çəkdiyi “Etibarlılıq” adlı fotoşəkil PSA-nın qızıl medalına layiq görülüb. O vaxt Azərbaycanın Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində rayon sakinləri bu yollardan keçərək öz doğma yurdlarını tərk etməyə məcbur qalmışdı.

AZƏRTAC-ın fotomüxbirinin “İdman” nominasiyasına aid iki işi isə bu müsabiqədə PSA-nın Fəxri Lentinə və beynəlxalq “Global Photographic Union” təşkilatının mükafatına layiq görülüb.