Alternative content

02:08 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yüksək temperaturu aşağı salmaq üçün ilıq su islatmasından istifadə kifayətdir
Yüksək temperaturu aşağı salmaq üçün ilıq su islatmasından istifadə kifayətdir
ANA SƏHİFƏ / Səhiyyə
10:08 31.08.2018

Bəzən bədən temperaturunun yüksəlməsi, xüsusilə uşaqlarda qızdırma zamanı onu müxtəlif üsullarla aşağı salmağa çalışırlar. Doğrudur, həmin üsulların bəziləri ənənədən qaynaqlansa da, onların kor-koranə şəkildə yerinə yetirilməsi xeyirdən çox ziyan verə bilər.

AZƏRTAC xəbər verir ki, pediatrlar yüksək temperaturu aşağı salmaq üçün istifadə olunan sirkə, spirt, buzlu və soyuq su ilə yuyundurmaq və müxtəlif qarışıqları dəriyə çəkmək kimi üsulların yolverilməz olduğunu bildirirlər.

Mütəxəssislər bildirirlər ki, qusma, ishaldan əziyyət çəkməyən, ümumi vəziyyəti normal sayılan və qidalanmasında problem olmayan uşaqlarda 38 dərəcədən yüksək temperaturu endirmək üçün ilıq su islatması kifayətdir. Soyuq, buzlu su ilə yuyundurmaq, sirkəli su, spirtlə bədəni silmək uşağın temperaturunu aşağı salmaq əvəzinə sorularaq zəhərlənməyə səbəb ola bilər. Ən dəhşətlisi isə uşağa soyuq və buzlu su ilə islatma qoymaqdır. Həmin üsul temperaturu aşağı salmır, əksinə, onun bədəndə qalmasına səbəb olur.