Alternative content

19:55 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gürcüstan mətbuatı Prezident İlham Əliyev ilə Baş nazir Mamuka Baxtadzenin görüşünə geniş yer ayırıb
Gürcüstan mətbuatı Prezident İlham Əliyev ilə Baş nazir Mamuka Baxtadzenin görüşünə geniş yer ayırıb
ANA SƏHİFƏ / SİYASƏT
09:08 31.08.2018

Gürcüstan mətbuatı bu ölkənin Baş naziri Mamuka Baxtadzenin Azərbaycana səfərinə, xüsusən Prezident İlham Əliyev ilə görüşünə geniş yer verib.

AZƏRTAC xəbər verir ki, qonşu ölkənin nüfuzlu www.interpressnews.ge, news.ge, vestikavkaza.ru portalları, 1tv.ge televiziyası, AGFM radiosu və digər nəşrlər Bakıda Prezident İlham Əliyevin Baş nazir Mamuka Baxtadze ilə görüşündən materiallar yayıblar.

Xəbərlərdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəyə çatdığı, strateji tərəfdaşlığın daha da genişləndiyi, Azərbaycanın Gürcüstan üçün mühüm tərəfdaş olduğu xüsusi vurğulanıb.