Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

12:33 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət vətəndaşlarının sosial hüquqlarını qanunla müdafiə edir
Dövlət vətəndaşlarının sosial hüquqlarını qanunla müdafiə edir
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:08 31.08.2018

 

Ölkədə aparılan geniş islahatlar Azərbaycan vətəndaşının rifahının, sosial qayğılarının həllinə yönəlmişdir. 

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bir daha sosial təminat sahəsində ciddi islahatların aparılmasının vacibliyini bildirmiş və qeyd etmişdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi qarşısında belə vəzifələr qoyulmuşdur: “Bu sahədə buraxılmış səhvlər, pozuntular tam aradan qaldırılmalıdır. Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir. Dövlət bu sahəyə çox böyük diqqət göstərir və mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş. Məhz buna görə biz ünvanlı sosial yardım sisteminə keçmişik. Məhz buna görə yüz minlərlə ailə dövlətdən bu təminatı alır”.
Həqiqətən də Azərbaycan dövlətinin sosial siyasətinin ana xəttini ölkə vətəndaşlarının həyat səviyyəsinin, sosial rifahının gündən-günə yaxılaşdırılması təşkil edir. Bu baxımdan xüsusi diqqət ayrılan sahələrdən biri də insanların iş yerləri ilə təmin edilməsi, məşğulluğun artırılması ilə bağlı geniş və uzunmüddətli tədbirlər planının həyata keçirilməsidir.
Məşğulluq haqqında qəbul edilmiş qanun məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir, qanunvericiliyi müasir dünya tələbləri səviyyəsinə qaldırır. Ən vacib məqamlardan biri də odur ki, qanun işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.
Dövlət başçısının imzaladığı bu sənəddə aktiv məşğulluq tədbirləri, əmək bazarı, fərdi məşğulluq proqramı, fərdi məşğulluq vərəqi, haqqı ödənilən ictimai işlər, işsiz şəxs, işaxtaran, kvota, qeyri-formal məşğulluq, məşğulluq, məşğul şəxslərin reyestri və sair kimi anlayışlara və sənədlərə, qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirləri, peşə standartları, peşə hazırlığı, sığorta ödənişi və sair anlayışlara aydınlıq gətirilir.
Nazirlər Kabinetinin sonuncu iclasında dövlət başçısı İlham Əliyev birmənalı şəkildə onu da demişdi ki, “bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardımı alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır”. Məşğulluq haqqında qanun bu nöqteyi-nəzərdən mükəmməl işlənmiş sənəddir.
Qanun yalnız Azərbaycan Respublikasının vətəndaşlarına deyil, həm də ölkəmizdə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Qanunda kimlərin məşğul və kimlərin işaxtaran şəxs olması təyin edilir, işaxtaran və işsiz şəxslərin qeydiyyatına dair ümumi müddəalar səlis açıqlanır.
Qanunla işaxtaran vətəndaş üçün təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, təklif edilən iş yerinə ictimai nəqliyyatla gedib-gəlməsinin mümkünlüyü nəzərə alınan iş münasib iş sayılır. Eyni zamanda sənəddə vakansiya bankının yaradılması haqqında xüsusi maddə öz əksini tapmışdır.
Qanun məşğulluq sahəsində hüquqi bazanın təkmilləşdirilməsini, istehsal qüvvələrinin səmərəli yerləşdirilməsini, peşə bacarıqlarının inkişaf etdirilməsini, çevik iş rejiminin tətbiqinin həvəsləndirilməsinə yönəldilən maliyyə-kredit, sığorta, investisiya və vergi siyasəti tədbirlərinin hazırlanmasını dəqiqləşdirir; irqindən, etnik mənsubiyyətindən, ictimai-sosial mənşəyindən, siyasi partiyalara mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin əmək və məşğulluğu sərbəst seçmək hüququnu təmin edir; əmək fəaliyyətinin və məşğulluq növünün seçilməsində şəxslərin öz iradəsini nəzərə alır.
Qanun məşğulluq sahəsində şəxslərə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yerini sərbəst və pulsuz seçmək; aktiv məşğulluq tədbirlərində iştirak etmək; işsizlikdən sığorta olunmaq və sığorta ödənişi almaq; vəzifəli şəxslərin hərəkət və ya hərəkətsizliyindən inzibati və ya məhkəmə qaydasında şikayət etmək hüququ verir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğu üçün əlavə təminatların verilməsi də humanist addımlardandır.
Məşğulluq haqqında qanunda məşğulluğun təşkilinə xüsusi fəsil həsr edilmiş, respublika və ərazi məşğulluq proqramlarının, sosial inkişaf proqnozlarının hazırlanması, məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin yaradılması nəzərdə tutulmuşdur. Məşğulluğun təmin edilməsində yerli özünüidarəetmə orqanlarına öz vəsaiti hesabına işaxtaran və işsiz şəxslər üçün haqqı ödənilən ictimai işlər təşkil etmək hüququ verilir.
Əmək birjalarının və əmək yarmarkalarının təşkili, özünüməşğulluğa kömək göstərilməsi, işəgötürənlərlə birlikdə işçilərin əməkhaqqının maliyyələşdirilməsi, sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi və sair müddəalar qanunda səlis işlənmişdir.
Qanunda qeyri-formal məşğulluq ayrıca nəzərdən keçirilmış, onun leqallaşdırılması ilə bağlı birgə nəzarət mexanizmləri və tədbirlərinin tətbiqi qaydaları açıqlanmış, qeyri-formal məşğulluğun qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğu göstərilmişdir.
Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı sosial sahənin şəffaflaşdırılmasının və beynəlxalq təcrübə əsasında fəaliyyət göstərməsinin iqtisadi inkişafımıza da böyük təkan verəcəyini bildirmişdi: “Çünki qeyri-formal məşğulluq Azərbaycanda kütləvi xarakter daşıyır. İndi hökumət bu məsələ ilə ciddi məşğul olur, nazirlik də məşğul olur və biz buna son qoymalıyıq. Buna son qoymaq üçün mexanizmlər var, işlənilir və hesab edirəm ki, yaxın gələcəkdə böyük irəliləyiş olacaqdır. Biz qeyri-formal məşğulluqla bağlı çox ciddi addımlar atırıq və atacağıq. Əgər biz bu vəziyyətdən çıxa bilsək, bu, ölkə iqtisadiyyatına da böyük dəstək olacaq. Onu da qeyd etməliyəm ki, qeyri-formal məşğulluq, demək olar, bütün ölkələrdə var və mövcuddur. Baxır ki, ölkələr, hökumətlər bu vəziyyətlə necə mübarizə aparırlar. Azərbaycan qeyri-formal məşğulluğa qarşı çox ciddi tədbirlər görən bir ölkə olmalıdır. Əlbəttə ki, bunun həm inzibati, həm də institusional elementləri var və biz hər ikisindən istifadə etməliyik”.
Məşğulluq haqqında qanunun qəbul edilməsi bir daha onu sübut edir ki, Azərbaycan dövləti sosial cəhətdən az təmin edilmiş vətəndaşlara həmişə öz dəstəyini göstərəcək, onların arxasında olacaq.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM