Alternative content

06:41 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni məktəblərin sayı artdıqca tədrisin keyfiyyəti yüksəlir
Yeni məktəblərin sayı artdıqca tədrisin keyfiyyəti yüksəlir
ANA SƏHİFƏ / Təhsil
12:08 31.08.2018

 

Hər il Bilik Gününə məktəblilər və pedaqoji kollektivlər yeniliklərlə gəlir. Bu yeniliklər ilk növbədə müasir tələblərə cavab verən tədris müəssisələrinin qapılarının onların üzünə açılmasıdır.

Hazırda ölkəmizdə beş minə qədər ümumtəhsil müəssisəsi var. Bununla yanaşı, təmirə ehtiyacı olan məktəblər də var. Lakin onların sayı ildən-ilə, aydan-aya azalır. Məktəblərin tikintisi, əlbəttə, dövlətin iqtisadi imkanlarının genişləndiyini göstərir. Bu gün iqtisadiyyatın bütün sahələrinin, xüsusən qeyri-neft sektorunun inkişafı imkan verir ki, dövlət təhsil sahəsinə də çox böyük diqqət ayırsın. Çünki bu, ilk növbədə, təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi deməkdir.
Dövlət başçısı adıçəkilən sahənin əhəmiyyəti və inkişafı istiqamətində yürüdülən siyasətə toxunarkən bildirmişdir ki, ölkəmizin uğurlu gələcəyi cəmiyyətin intellektual potensialından asılıdır: “Çünki inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, məhz o ölkələrdə ki təhsilə, elmə, texniki tərəqqiyə diqqət verilir, o ölkələr inkişaf edir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanın zəngin təbii resursları, artıq şaxələndirilmiş iqtisadiyyatı, düşünülmüş dövlət siyasəti var. Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır... Mən çox istəyirəm ki, uşaqlarımız məhz milli ruhda böyüsünlər, vətənə, xalqa bağlı olsunlar. Öz milli ənənələrinə sadiq və dəyərli vətəndaş olsunlar. Əlbəttə ki, buna nail olmaq üçün ailələrdə və məktəblərdə tərbiyə düzgün aparılmalıdır”.
Onu da xüsusi qeyd etməliyik ki, ölkəmizdə artıq modul tipli məktəblərdən istifadə özünün müsbət nəticələrini göstərməkdədir. Azərbaycanda belə məktəblər 2016-cı ildən etibarən tikilməyə başlayıb. Bu ilin yanvarından etibarən isə ölkə ərazisində modul tipli məktəblərin inşası üçün 7 sərəncam imzalanıb. Bu sərəncamlarla ümumilikdə 23 rayonda 68 modul tipli məktəbin tikilməsi nəzərdə tutulub. Ölkə rəhbəri həmin məktəblərin inşası üçün Təhsil Nazirliyinə dövlət büdcəsindən 22 milyon 603 min manat vəsait ayırıb. Təhsil Nazirliyinin 2018-ci il ərzində də modul tipli məktəblərin quraşdırılacağı ilə bağlı məlumatında ürəkaçan faktlar var.
Bu il həmçinin bəzi məcburi köçkün məktəblərinin də yerində modul tipli təhsil müəssisələrinin quraşdırılması nəzərdə tutulub və onların əksəriyyətində son tamamlama işləri aparılır. Ötən il 73 modul tipli məktəbin inşası başa çatıb, 27 məktəbdə isə bu sahədə iş davam etdirilir.
Maraqlıdır, bəs modul tipli məktəbləri ənənəvi məktəblərdən nə fərqləndirir?
Xatırladaq ki, bir ənənəvi təhsil müəssisəsinin inşası üçün lazım olan vəsaitlə 10 modul tipli məktəb quraşdırmaq mümkündür. Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə salınması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.
Modul tipli məktəblərin digər üstünlüyü ondadır ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır. Bu məqsədlə müvəqqəti olaraq 50 yerlik səyyar məktəb quraşdırılır.
Ekspertlərin fikrincə, yeni modul tipli məktəblərin inşası müsbət haldır. Hər il onlarla məktəb tikilir, yenidən qurulur, bərpa işləri aparılır. Yeni məktəblərin inşası, əlbəttə, əlavə vəsait deməkdir.
Son 10 ildə 3 min məktəb təmir, bərpa olunub. Şagird sayı sıx, daha təhlükəli vəziyyətdə olan məktəblər ilk olaraq modul tiplilərlə əvəz ediləcək. Ekspertlər hesab edirlər ki, modul tipli məktəblər regionlar üçün daha əlverişlidir.
Son on il ərzində 3 minə yaxın məktəbin təmiri və tikintisi tarixi hadisədir. Bu məktəblərin əksəriyyəti 1930-1970-ci illər ərzində tikilib ki, bir çoxu bərbad, qəzalı vəziyyətdə, tamamilə istifadəyə yararsız halda idi.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında ölkə ərazisində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinin təmiri, tikintisi nəzərdə tutulur.
Heydər Əliyev Fondunun təhsilə qayğısını da unutmaq olmaz. Fondun hər il bir qayda olaraq həyata keçirdiyi layihələr də dövlət səviyyəsində icra olunan fəaliyyət proqramına bu gün güclü dəstək verir. “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib, əsaslı təmir olunub və prosesin bu gün də davam etdirilməsi yalnız xeyriyyəçilik deyil, ilk növbədə gənc nəslin savadlı, təhsilli, elmli və intellektual səviyyədə formalaşmasına dəstək missiyasıdır.
2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının əsas məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir göstərən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir.
Ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası da məhz həmin proqram çərçivəsində inşa olunub, yaxud yenidən qurulub. Fəaliyyət göstərən həmin məktəblər müasir laboratoriya, kitabxana, yeməkxana, kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi ilə təmin edilib.
Onu da qeyd edək ki, Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də davamlı olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir.
Təhsilə dövlət qayğısı sosial sifariş kimi bu gün də diqqət mərkəzindədir. Çünki təhsil dövlət siyasətinin tərkib hissələrindən biri kimi daim öz aktuallığını qoruyur.

M.NƏRİMANOĞLU,
“Azərbaycan”