Alternative content

03:30 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Dəniz Akademiyasına bu il yüksək bal toplayan 32 abituriyent daxil olub
Dövlət Dəniz Akademiyasına bu il yüksək bal toplayan 32 abituriyent daxil olub
ANA SƏHİFƏ / Təhsil
12:08 31.08.2018

 

Cari ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) qəbul olunmuş 198 abituriyentdən 29-u 500-dən, 3-ü isə 600-dən yuxarı bal toplayanlardır. Bu, yenicə tələbə adını qazananların 16 faizi deməkdir.

QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, 2018/2019-cu tədris ili üzrə akademiyaya qəbul üçün ümumilikdə 200 yer ayrılıb. Yalnız gəmi energetik qurğularının istismarı mühəndisliyi ixtisası üzrə rus bölməsində birinci mərhələdə 2 yer boş qalıb. Müsabiqədə iştirak etmiş abituriyentlərdən 103 nəfər dövlət sifarişi əsasında, 95 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Dövlət sifarişi ilə oxuyanların sayı ötən illə müqayisədə 14 faiz artıb.

İlk dəfə olaraq bu il ADDA-da dəniz naviqasiyası mühəndisliyi ixtisası üzrə ingilis dilində tədrisi nəzərdə tutan 15 yer ayrılıb və qəbul nəticəsində həmin yerlərin hamısı dolub. Ən yüksək ballar da burada qeydə alınıb: 432-494 ödənişli, 495-624 dövlət sifarişi əsasında.

Ümumilikdə ADDA-ya yüksək balla qəbul olunanların sayında bu il də xeyli artım var. Əgər 2017-ci ildə 76 nəfər 400-dən çox bal yığmışdısa, 2018-ci ildə onların sayı 104 nəfər olub. Bu isə qəbul olunanların 53 faizi deməkdir.

Rəsmi statistikaya görə, tələbə adını qazananların 15-i 200-300, 79-u 300-400, 72-si 400-500, 29-u 500-600, 3-ü isə 600-700 arası bal toplayıb.

Akademiyaya 500-dən çox balla daxil olan 32 abituriyent “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dəstəyi ilə mükafatlandırılacaq. Bundan başqa, 550-dən yuxarı bal toplamış tələbələrə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin xüsusi təqaüdü veriləcək.

Bu il akademiyaya qəbul üçün bir Türkmənistan və 5 Türkiyə vətəndaşı da müraciət edib. Türklər hazırda dil kurslarına cəlb olunub. Müvafiq tələbləri yerinə yetirsələr, ADDA-da ali təhsil almaq hüququ qazanacaqlar.

Qeyd edək ki, ADDA-ya qəbul 4 ixtisas üzrə aparılır. Bunlar gəmiqayırma və gəmi təmiri mühəndisliyi, gəmi energetik qurğularının istismarı mühəndisliyi, dəniz naviqasiyası mühəndisliyi və elektrik mühəndisliyi ixtisaslarıdır.

Dəniz Akademiyası respublikada yeganə ali təhsil müəssisəsidir ki, diplomunu 170-dən çox dövlət tanıyır. Bütün tələbələrə pulsuz forma verilir. Həftənin 5 tədris günü tələbələr ödənişsiz yeməklə (səhər yeməyi və naharla) təmin olunur. Bundan başqa, yüksək standartlara cavab verən yataqxana da gənclərin ixtiyarındadır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM