Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

00:52 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zaqatalada vətənpərvər gənclər yetişir
Zaqatalada vətənpərvər gənclər yetişir
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 31.08.2018

 

Milli qəhrəmanları, orden və medallı igidləri, zirvədən boylanan şəhidləri bu məkanın qürur mənbəyidir

 

Ölkəmizdə dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin diqqət  mərkəzində saxlanılmasıdır. Azərbaycan Respublikası ərazisinin 20 faizinin  mənfur düşmənimiz olan ermənilərin işğalı altında olduğu bir zamanda bu məsələ daha da  vacib amilə çevrilməkdədir. 

Hər bir şəhər və kənd rayonunda, o cümlədən şimal-qərb bölgəsində xüsusi əhəmiyyəti ilə seçilən Zaqatalanın  ümumtəhsil məktəblərində gənclərə hərbi-vətənpərvərlik hisləri aşılamaq üçün sistemli işlər görülür. Bu  sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir  dünyada  qloballaşmanın  geniş  vüsət aldığı  bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.

Zaqatalalılar Milli qəhrəmanları ilə də hər zaman fəxr edirlər. Bəhmətli kəndində anadan olmuş Faiq Əmirovu və Əlibayramlı kəndinin sakini Natiq Məmmədovu daim  xatırlayır və hörmətlə yad edirlər. “Azərbaycan Bayrağı” ordenli Zəfər Murtuzəliyev, Çingiz Hacıəhmədov və “İgidliyə görə” medalı ilə təltif edilmiş Nemət Kusayev də təkcə zaqatalalıların deyil, ümumilikdə Azərbaycanın igid cəngavərləridir.

“Torpaq, uğrunda ölən varsa, Vətəndir”  deyimindən çıxış etsək, bu torpağın sakinlərinin hər zaman fəxr duyduğu igidlər var. Zaqatalanın coğrafi baxımdan döyüş əməliyyatlarının getdiyi ərazilərdən uzaqda yerləşməsinə baxmayaraq, rayon üzrə şəhidlərin ümumi sayı 192 nəfərdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zaqatala rayon şöbəsinin rəisi, polkovnik- leytenant Mətləb Murğuzov deyir ki, şəhid ailələri daim dövlətin qayğısı ilə əhatə olunur. Bu məsələ həmişə diqqət mərkəzində saxlanılır. Konkret olaraq cari ildə görülən tədbirlərə gəldikdə isə, Aprel hadisələrinin ildönümü ilə əlaqədar Muxax kəndində şəhid Rəvan Nurayevin,  Zaqatala şəhərinin Sülh küçəsində isə şəhid Sərxan Bayramovun ailəsi ilə görüş keçirilib, məzarları ziyarət olunub. Həmçinin ilin əvvəlindən şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması barədə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 12 nəfər vətəndaşın müraciəti müsbət həllini tapıb.

Rayon gənclərinin çağırışaqədər hazırlığı da diqqətdə saxlanılır. M.Murğuzov deyir ki, ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı işinin təşkili, aparılması və tədrisi ilə əlaqədar tədbirlər planı hazırlanaraq rayon təhsil şöbəsi ilə razılaşdırılıb. Həmçinin gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən müəllimlərlə təlim-metodiki toplantılar keçirilib. Tədrisin effektiv və daha səmərəli keçirilməsi üçün müvafiq tövsiyələr verilib. Ərazidə yerləşən Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların hərbi hissələri ilə keçirilən təlimlərlə  şagirdlərin mütəmadi tanışlığı təmin edilir.

Rayon təhsil şöbəsinin, ərazidə yerləşən hərbi hissələrin nümayəndələrinin  və ümumtəhsil məktəblərinin buraxılış siniflərinin şagirdlərinin iştirakı  ilə, “Hərbi vətənpərvərlik ruhunun təbliği hər bir Azərbaycan vətəndaşının borcudur”, “Hərbi-vətənpərvərlik Azərbaycanın hər bir gəncinin əsas prinsipi olmalıdır”,  “Zabit olmaq şərəfdir” mövzusunda toplantı-mühazirələr keçirilir. Paralel olaraq rayon təhsil şöbəsi ilə birlikdə “Şahin” hərbi idman oyunlarının təşkilinə xüsusi diqqət yetirilir.

Gənclərin hərbi ixtisaslar üzrə hazırlıq keçməsi üçün mütəmadi təbliğat işi aparılır. Seçilmiş namizədlərin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Zaqatala rayon filialında hazırlıq keçməsi daim nəzarətdə saxlanılır.

Bütün fənlərin, xüsusilə də humanitar-ictimai fənlərin tədrisində vətənpərvərlik ruhunun aşılanması üçün lazımi işlər görülür. Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən  idmançıların, Azərbaycanı  dünyada tanıdan dövlət xadimlərinin, alim, yazıçı və  incəsənət adamlarının şəxsi nümunələri də şagirdlər üçün əsl  həyat, tərbiyə məktəbidir. Bu məsələdə ümumtəhsil məktəblərinin X-XI siniflərində  tədris  olunan “Gənclərin çağırışaqədərki hazırlığı” fənni az rol oynamır. Bu fənn öz məzmunu etibarilə şagirdlərə Azərbaycan Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsini, hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmalarını, şagirdlərdə orduda xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılmasını və digər zəruri məsələləri  nəzərdə  tutur.

 

Əli SƏLİMOV,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM