Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

20:19 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qarabağ”ın zəfər gecəsi
“Qarabağ”ın zəfər gecəsi
ANA SƏHİFƏ / İDMAN
12:08 31.08.2018

 

Ağdam təmsilçisi ardıcıl 4-cü dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı

 

30 avqust 2018-ci il... Bakı şəhəri, Tofiq Bəhramov adına Respublika stadionu və “Qarabağ”ın hər mövsümün əvvəlində olduğu kimi avrokuboklarda möhtəşəm zəfər gecəsi... Həmin gün Azərbaycanın futbol tarixinə növbəti dəfə qızıl hərflərlə yazıldı.

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Moldovanın “Şerif” komandasını iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdıran Ağdamın “Qarabağ” komandası sayca 4-cü dəfə qrup mərhələsinə vəsiqə qazandı. Ötən mövsüm  Azərbaycan futbolu tarixində bir ilkə imza ataraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ağdamlılar bu dəfə Avropa Liqası ilə kifayətlənməli oldular.

Moldova təmsilçisi ilə Tiraspoldakı görüş komandamızın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşmışdı. Ağdamlılar Bakıdakı görüşdən 3:0 hesablı qələbə ilə ayrılaraq azarkeşləri sevindirdilər.

Bir həftə idi ki, Azərbaycanın diqqəti məhz bu oyuna yönəlmişdi. Hamı səfərdəki məğlubiyyətdən sonra ağdamlı futbolçuların Bakıdakı qarşılaşmadan qalib ayrılaraq adını qrup mərhələsinə yazdıracağına inanırdı.

Oyunun qısa təhlilinə başlamazdan öncə maraqlı bir məqamı qeyd etmək istərdik. Matç günü həyəcan səhər saatlarından hiss olunurdu. İctimai nəqliyyatda, iş yerlərində, bir sözlə, hər yerdə hamı bu qarşılaşmadan danışır, “Qarabağ”ın qələbəsinə çox inanırdılar. Axşam saatlarında isə şəhərin bütün yerlərində  “Qarabağ” - “Şerif” matçına böyük marağın daha çox olduğunun şahidi olduq. Ölkəmizdə milyonların gözü ekran qarşısında, on minlərlə insanın qəlbi  isə Tofiq Bəhramov adına Respublika stadionunda döyünürdü. Bütün dualar “Qarabağ” üçün idi. 

Makedoniyalı referi Aleksandr Stavrevin start fitindən sonra oyuna daha sürətli başlayan tərəf “Qarabağ” oldu. Meydançanın mərkəzində tətbiq edilən pressinq moldovalı futbolçuların oyun qurmasına mane oldu. Nəticədə itirilən hər top komandamızın sürətli hücumları ilə nəticələnirdi. Belə epizodlardan birində sol cinahda rəqibindən mükəmməl fintlə sıyrılan Abdulla Zubirin ötürdüyü topa eyni ustalıqla zərbə endirən Maksim Medvedev 10-cu dəqiqədə hesabı açdı.

Qoldan sonra oyuna nəzarəti tam ələ keçirən ağdamlı futbolçular qısa ötürmələrə üstünlük verməklə rəqib qapısı qarşısında daha çox təhlükəli vəziyyət yaratmağa başladılar. Belə epizodların bir neçəsində “Şerif”i qoldan onun qapıçısı Sergey Paşenko xilas etdi. Lakin 42-ci dəqiqədə o da top dəf etməkdən yoruldu. Künc zərbəsindən sonra Donald Gerrye əla baş zərbəsi ilə hesab arasındakı fərqi 2 topa çatdırdı.

Fasilədən sonra da üstünlüyü özündə saxlayan “Qarabağ” əks hücumlardan məharətlə istifadə etməyə başladı. Nəticədə qurulan hücumların birində Ozobiç uzaqdan vurduğu mükəmməl qolla hesabı 3:0-a çatdırdı. Bundan sonra oyunun axarını istədiyi kimi müəyyənləşdirən Qurban Qurbanovun yetirmələri qarşılaşmanın başa çatmasını gözləyirdilər.

Və, budur, görüşün baş hakimi oyunun əsas vaxtına 4 dəqiqə əlavə edir. “Qarabağ”ı növbəti tarixi zəfərindən dəqiqələr ayırır.

Nəhayət, hakimin matçın başa çatdığını bildirən final fiti səslənir. Stadionu azarkeşlərin qələbə şərqiləri, futbolçularımızın sevinc səsləri bürüyür. Bakıda böyük coşqu var idi. Bütün respublikanı, eyni zamanda komandamızın təmsil olunduğu  Ağdam rayonunu “Qarabağ, Qarabağ” şüarları bürümüşdü. “Qarabağ” klubunun bayraqlarını başlarının üstündə tutan azarkeşlər gecə boyunca bu böyük uğuru böyük sevinclə qeyd etdilər.

Beləliklə, sayca 4-cü dəfə UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ”ı indi daha böyük oyunlar, növbəti təcrübələr gözləyir.

Ardı qrup mərhələsində gəlsin!

Təbriklər, “Qarabağ”!

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM