Alternative content

16:54 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda sabiq nazirlərə qarşı yeni cinayət işi qaldırılıb
Ermənistanda sabiq nazirlərə qarşı yeni cinayət işi qaldırılıb
ANA SƏHİFƏ / DÜNYA
07:08 30.08.2018

Ermənistan Respublikaçılar Partiyasının sabiq nazirlərinə qarşı yeni cinayət işi qaldırılıb.

AZƏRTAC “Panarmenian.net” saytına istinadla xəbər verir ki, cinayət işində sabiq parlament spikeri və baş nazir Ovik Abraamyan, nəqliyyat və rabitə naziri Qaqik Beqlaryanın da adı keçir. Onlarla yanaşı, Ermənistan İstintaq Komitəsi ölkənin keçmiş polis rəisi Alik Sarkisyana qarşı da cinayət işi qaldırıb. Onların hamısı vəzifə səlahiyyətlərini aşmaqda və fırıldaqçılıqda ittiham olunurlar.

Saytın xəbərində bildirilir ki, Ermənistanın “Avazaatik” dağ-mədən kombinatının direktoru müstəntiqlərə sözügedən vəzifəli şəxslərin şirkətin payının 60 faizini tələb etdiklərini deyib. Sabiq baş nazir Ovik Abraamyan, qardaşı Conik Abraamyan, habelə keçmiş polis rəisi Alik Sarkisyan və parlamentin üzvü Mqer Sedrakyana qarşı qanunsuz kreditlər yolu ilə külli miqdarda dövlət vəsaitini talamaq ittihamı da irəli sürülüb.

Əleyhinə cinayət işi qaldırılan şəxslərin ölkədən çıxışı qadağan edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM