30 Avqust 2018 07:08
178
DÜNYA
A- A+

Yeni cihazlar yeraltı təkanların sayını və təkrar zəlzələ ehtimalını müəyyən edəcək

Alimlər ilk dəfə olaraq əsas zəlzələdən sonra baş verən yeraltı təkanları dəqiqliklə qeydə alan və təkrar zəlzələ ehtimalını müəyyənləşdirən cihazlardan istifadə ediblər.

AZƏRTAC “Nature” jurnalına istinadla xəbər verir ki, Harvard Universitetindən tədqiqat qrupunun hazırladığı yeni texnologiya zəlzələlərin xüsusiyyətlərini konkret şəraitdə öyrənməyə imkan verəcək. Tədqiqata rəhbərlik edən professor Brendan Medi bildirib ki, alimlərin əsas məqsədi yeraltı təkanların vaxtını və şiddətini öyrəndikdən sonra gələcək zəlzələ ehtimalının dəqiqləşdirilməsidir. Onun sözlərinə görə, uzun sürən elmi araşdırmalar zamanı 100 mindən çox yeraltı təkan, o cümlədən 2011-ci ildə Yaponiyada baş vermiş zəlzələ neyron şəbəkəsi olan cihazların vasitəsilə öyrənilib. Məlum olub ki, son illər baş vermiş zəlzələlər əvvəlkilərdən fərqlənir. İnsanın beyin modeli əsasında yaradılan həssas neyron şəbəkəsi əsas zəlzələdən sonra kiçik yeraltı təkanları hesablayır və onların gücünü müəyyən etməklə proqnozlar verə bilir.

Konnektikut Universitetinin professoru Fobi DeVris də neyron şəbəkəsinin həssaslığı nəticəsində yeraltı təkanların daha dəqiq və təfsilatı ilə öyrənildiyi qənaətindədir. Onun sözlərinə görə, bu şəbəkə əsasında işləyən cihazlar seysmometrlərdən fərqlənir və ardıcıl baş verən yeraltı təkanların gücünün müəyyənləşdirilməsində səhvə yol verilməsi ehtimalını daha da azaldır.

Tədqiqat qrupuna daxil olan alimlər hesab edirlər ki, yeni cihazlar gələcəkdə mükəmməl zəlzələdən xəbərdarlıq sisteminin hazırlanmasında ilk addım ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video