30 Avqust 2018 07:08
786
Səhiyyə
A- A+

Hamiləlik zamanı depressiyalar uşağın beynində neyronları dəyişə bilər

Hamiləlik zamanı depressiya və həyəcan hissindən əziyyət çəkən qadınlar bilmirlər ki, onların psixi vəziyyəti uşağın beynində neyronları dəyişə bilər. Bu, sonradan uşağın davranışında özünü büruzə verər.

AZƏRTAC rus saytlarına istinadən xəbər verir ki, ABŞ-ın Viskon Universitetinin mütəxəssisləri bu istiqamətdə 101 hamilə qadın üzərində müşahidələr aparıblar. Onlar bu qadınlarda hamiləliyin üçüncü üçaylığında depressiya və ya narahatlıq hissinin olub-olmadığını araşdırıblar. Tədqiqatlar zamanı bu hamilələrin altısında güclü, beşində orta, 42-də isə aşağı səviyyədə depressiya əlamətləri aşkar olunub.

Sonradan bu qadınların dünyaya gətirdikləri uşaqlar üzərində aparılan müayinələrdən bəlli olub ki, depressiyaya məruz qalanların övladlarının beyinlərindəki ağ maddə müəyyən dəyişikliklərə məruz qalıb. Beynin bu nahiyəsi digər sahələrlə sıx əlaqədədir və bədən hərəkətlərini, eləcə də emosiyaları kontrolda saxlamağa kömək edir.

Elmə o da bəllidir ki, hamilələrdə meydana çıxan və həkim müşahidəsi altına alınmayan depressiya sonradan yenidoğulmuşda çəki azlığına səbəb ola bilər. Bununla yanaşı hamiləlik zamanı depressiya keçirmiş anaların övladları gələcəkdə bu problemə və ya daimi narahatlıq hissinə meyilli olurlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video