Alternative content

18:27 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İran nüvə sazişindən çıxa bilər
İran nüvə sazişindən çıxa bilər
ANA SƏHİFƏ / DÜNYA
05:08 30.08.2018

İran beynəlxalq vasitəçilərlə imzaladığı nüvə sazişinin milli maraqlara cavab verməməsi qənaətinə gəlsə, sazişdən çıxacaq. “Anadolu” agentliyinin xəbərinə görə, bu bəyanatla İranın ali lideri, ayətulla Əli Xamenei çıxış etmişdir.

Xamenei İran hökumətinin üzvləri ilə görüşündə demişdir: “Nüvə sazişi məqsəd yox, vasitədir. O, İranın milli maraqlarına cavab verməsə, Tehran müqavilədən çıxacaq”. Ali lider qeyd etmişdir ki, Avropa ilə danışıqların davam etdirilməsinə qarşı çıxmır, amma İran hökuməti nüvə sazişinin qorunub saxlanması, yaxud iqtisadiyyat məsələlərində Avropaya arxalanmır. Onun fikrincə, hazırkı mərhələdə ABŞ-la hər hansı səviyyədə danışıqlar aparmaq mümkün deyil.