Alternative content

16:56 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tramp ilk dəfə ticarət müharibəsində güzəştə getdi
Tramp ilk dəfə ticarət müharibəsində güzəştə getdi
ANA SƏHİFƏ / DÜNYA
05:08 30.08.2018

ABŞ Prezidenti Donald Tramp bir neçə ölkəni polad və alüminium kvotalarından azad etmək barədə sərəncam imzalamışdır. Bu barədə ABŞ Ticarət Nazirliyi məlumat vermişdir.

Güzəşt edilən ölkələr Cənubi Koreya, Braziliya və Argentinadır. İlk iki ölkə polad kvotasından, sonuncu isə polad və alüminium kvotasından azad edilmişdir.

Xatırladaq ki, bir neçə ay əvvəl Tramp milli təhlükəsizlik maraqlarına əsaslanaraq ölkəyə idxal edilən polad və alüminium məhsullarına müvafiq olaraq 25 faiz və 10 faiz həcmində yüksək gömrük rüsumları tətbiq etmişdir. Avropa İttifaqı, Kanada və Meksikanın ABŞ-a ixrac etdiyi məhsullara yeni rüsumların tətbiqi bu il iyunun 1-də qüvvəyə minmişdir. 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM