Alternative content

07:43 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
02:11 23.07.2019 Əsir Ağdam məscidi
02:09 23.07.2019 Ağdamda nəyim qaldı...
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ Hindistanı sanksiyalarla hədələyir
ABŞ Hindistanı sanksiyalarla hədələyir
ANA SƏHİFƏ / DÜNYA
05:08 30.08.2018

ABŞ hakimiyyət orqanları Rusiyadan S-400 zenit-raket kompleksləri alacağı təqdirdə Hindistana qarşı sanksiyalar tətbiq edə bilər. Bu bəyanatla ABŞ müdafiə nazirinin Asiya-Sakit okean regionunda təhlükəsizlik üzrə köməkçisi Rendall Şriver çıxış etmişdir.

Şriver əlavə etmişdir ki, müvafiq qərarı ABŞ Prezidenti qəbul etməlidir. O həmçinin Vaşinqtonun Rusiya raketlərinə alternativlər barədə Hindistanla danışıqlara hazır olduğunu vurğulamışdır.

Xatırladaq ki, Rusiya və Hindistan 2016-cı ildə Dehliyə S-400 zenit-raket kompleksinin satılması barədə razılaşma əldə etmişdir. Kontraktın qiyməti əvvəlcə təxminən 6,15 milyard dollar idi, sonralar isə məbləğ bir qədər aşağı salınmışdır. İki ölkə cari ilin axırınadək saziş imzalasa, zenit-raket komplekslərinin Hindistana göndərilməsi prosesi 2010-ci ildə başlaya bilər.

ABŞ Prezidenti 2017-ci ildə “Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət haqqında” qanun imzalamışdır. Qanuna görə, ABŞ Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq edən üçüncü ölkələrə qarşı sanksiyalar tətbiq etmək hüququna malikdir. Bununla belə, qanunvericilik aktı bu normalardan istisnaları da nəzərdə tutur.

 



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM