Alternative content

02:23 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əfqanıstanda “Taliban”ın bir qrup silahlısı məhv edildi
Əfqanıstanda “Taliban”ın bir qrup silahlısı məhv edildi
ANA SƏHİFƏ / DÜNYA
05:08 30.08.2018

Əfqanıstanın Bağlan əyalətində “Taliban” radikal hərəkatının dörd silahlısı məhv edilmişdir. Ölənlərdən biri səhra komandiridir. Bu barədə Silahlı Qüvvələrin nümayəndəsinə istinadən “Sinxua” agentliyi xəbər verir.

Agentlik qeyd edir ki, Əfqanıstan ordusunun keçirdiyi əməliyyat zamanı hərəkatın səkkiz yaraqlısı da yaralanmışdır.

Qeyd edək ki, son vaxtlar Əfqanıstanın şərq və cənub əyalətlərində ekstremistlərin mövqelərinin xeyli möhkəmləndiyi müşahidə olunur. Özü də radikal qruplaşmaların səhra komandirləri və sıravi üzvləri tez-tez İŞİD terrorçu təşkilatına sədaqət andı içirlər.