Alternative content

10:51 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bəsrəni vəba epidemiyası gözləyir
Bəsrəni vəba epidemiyası gözləyir
ANA SƏHİFƏ / DÜNYA
05:08 30.08.2018

İraqın cənubunda, Bəsrə şəhərində içməli sudan zəhərlənənlərin sayı 18 min nəfərə çatmışdır. Bu məlumat ölkə parlamentinin insan hüquqları komissiyasının hazırladığı məruzədə yer almışdır.

Məruzədə deyilir ki, Bəsrədə suyun çirkləndirilməsi ucbatından 18 min nəfərdə ishal, mədə ağrıları və qusma qeydə alınmışdır. Şəhərdə xüsusi kimyəvi laboratoriyaların olmaması suyun çirklənməsinin dəqiq səviyyəsini müəyyənləşdirməyə imkan vermir. Parlament komissiyası xəbərdarlıq etmişdir ki, çirklənmiş suyun doğurduğu yoluxucu xəstəliklərin qarşısını almaq üçün təsirli tədbirlər görülməsə, bu xəstəliklər vəba epidemiyasına gətirib çıxara bilər.