Alternative content

06:14 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Zərifə Əliyeva adına Liseyin təhsilimizə töhfələri
Akademik Zərifə Əliyeva adına Liseyin təhsilimizə töhfələri
ANA SƏHİFƏ / Təhsil
05:08 30.08.2018

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseydə ürəkaçan nailiyyətlər qazanılır. Təhsil ocağının builki 213 məzununun hamısı Azərbaycanın və xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul olunublar.

Bu barədə AZƏRTAC-a liseydən məlumat verilib. Bildirilib ki, 2017-2018-ci tədris ilində liseyi bitirən şagirdlərdən 17-si qızıl, üç nəfəri gümüş medala layiq görülüb.

Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında məzunlardan 66-sı 600-dən yuxarı bal toplayıb. Xarici ölkələrin universitetlərinə qəbul olunan məzunlar Türkiyə, Almaniya və digər ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil alacaqlar.