30 Avqust 2018 04:08
659
Səhiyyə
A- A+

Qanda trombun yaranmasının əlamətlərini aşkar edən aparat yaradılıb

Avstraliya Milli Universitetinin (AMU) alimlərinin yaratdığı biooptik diaqnostik qurğu infarktın və insultun qarşısını almağa xidmət edəcək.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, qurğu trombların əmələ gəlməsini aşkar edərək, insanlara gözlənilən təhlükə haqqında xəbərdarlıq edir. Xəstənin qanındakı trombositləri təhqiq edən qurğu onların insanın arteriya damarında trombun əmələ gəlməsi riski ilə qarşılaşdığı zaman verəcəyi reaksiyanı əks etdirən 3D xəritə yaradır.

Biooptik diaqnostika qurğusunun təqdimatında çıxış edən professor Stiv Li bildirib ki, yeni qurğu xəstənin qan nümunəsi əsasında dəqiq informasiyanın 3D xəritəsini yaradır ki, bu da çox baha başa gələn və uzun müddətli digər prosedurlardan xilas olmağa imkan verir.

Avstraliyalı alimlərin qənaətinə görə, yeni qurğu tibb sahəsində əsil inqilaba səbəb olacaq.

Hələlik yeni qurğunun yalnız AMU-nun klinikasında tətbiq edildiyi və iki ildən sonra xəstəxanalara veriləcəyi bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video