Alternative content

01:16 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İran, Türkiyə və Rusiya prezidentləri Təbrizdə görüşəcəklər
İran, Türkiyə və Rusiya prezidentləri Təbrizdə görüşəcəklər
ANA SƏHİFƏ / DÜNYA
04:08 30.08.2018

İran, Türkiyə və Rusiya prezidentləri sentyabrın 7-də İranın Təbriz şəhərində görüşəcəklər.

Türkiyənin İrandakı səfiri Rza Hakan Təkin yerli mətbuata bildirib ki, prezidentlər Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin sentyabrın 7-də Təbrizdə görüşərək Suriya probleminin həlli məsələsini müzakirə edəcəklər.

Xatırladaq ki, əvvəlcə görüşün Tehran şəhərində baş tutacağı bildirilirdi. Lakin dövlətlər arasında aparılan məsləhətləşmədən sonra üç ölkə liderlərinin görüşünün Təbriz şəhərində keçirilməsi qərara alınıb.