Alternative content

03:37 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyədə Zəfər bayramı qeyd olunur
Türkiyədə Zəfər bayramı qeyd olunur
ANA SƏHİFƏ / DÜNYA
04:08 30.08.2018

Türkiyədə Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü qeyd olunur. Ölkənin bütün ərazisində küçə və meydanlar bayramsayağı bəzədilib, 96 il əvvəl qazanılan şanlı zəfərin ildönümünü böyük coşqu ilə bayram edilir.

AZƏRTAC xəbər verir ki, bayram münasibəti ilə Prezident Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmiləri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbri ziyarət ediblər. Anıtqəbirdə böyük izdiham yaşanıb.

Zəngin dövlətçilik ənənələrinə malik olan Türkiyə Respublikası ötən əsrin əvvəllərində gərgin siyasi və hərbi münaqişələrin mərkəzinə çevrilmişdi. Osmanlı imperiyasının süqutu türk xalqını öz dövlətçiliyini qoruyub saxlamaq və vətəni işğaldan azad etmək uğrunda mübarizəyə səfərbər etdi. 1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisi təsis olundu və xalqı təmsil edən hökumət quruldu. Bütün cəbhələrdə uğurlu hərbi əməliyyatlara başlandı, görkəmli dövlət xadimi Mustafa Kamal Paşanın rəhbərliyi altında qurtuluş savaşı aparan türk ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci il avqustun 30-da böyük zəfər qazandı. Həmin gün Türkiyə tarixinə Zəfər bayramı kimi daxil olub.