Alternative content

19:37 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Ordusunda səmti müəyyən etmə yarışları başlayıb
Azərbaycan Ordusunda səmti müəyyən etmə yarışları başlayıb
ANA SƏHİFƏ / SİYASƏT
02:08 30.08.2018

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən hərbi qulluqçular arasında səmti müəyyən etmə üzrə növbəti yarışlar başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb olunan komandalar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayırlar.

Hərbi qulluqçular fərdi, qrup və patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparırlar.

Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçirilən yarışlar sentyabrın 3-də mükafatlandırma mərasimi ilə başa çatacaq.