Alternative content

02:51 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı əhalisinin sayı 2,3 milyon nəfərə çatır
Bakı əhalisinin sayı 2,3 milyon nəfərə çatır
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:08 30.08.2018

İlin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 7,1 min nəfər artaraq iyul ayının 1-nə 2 milyon 269,7 min nəfərə çatıb.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Əhalinin bir kvadratkilometrə düşən sayı 1060 nəfər olub.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14 min 570 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13 təşkil edir. Doğulan körpələrin 156 nəfəri əkiz, 2-si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,5 faiz təşkil edərək hazırda hər 100 oğlan düşür.

Cari ilin birinci yarısında Bakıda 6 min 808 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 olub. Yanvar-iyun ayları ərzində qeydiyyat şöbələri tərəfindən 6 min 960 nikah və 2 min 374 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6-dan 6,2-yə yüksəlib, boşanmaların sayı isə 2,2-dən 2,1-ə qədər enib.