Alternative content

11:53 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə aviaşirkəti Rusiyada sərnişindaşımada birinci olub
Türkiyə aviaşirkəti Rusiyada sərnişindaşımada birinci olub
ANA SƏHİFƏ / DÜNYA
12:08 30.08.2018

Türkiyənin “Atlasglobal” aviaşirkəti Rusiyada sərnişindaşımada xarici aviaşirkətlər arasında birinci olub.

AZƏRTAC “airporthaber.com”a istinadla xəbər verir ki, aviaşirkət bu ilin avqust ayının son həftəsində 17 min sərnişin daşıyaraq Rusiyada ümumilikdə dördüncü, xarici aviaşirkətlər arasında isə birinci yerdə qərarlaşıb. Ötən ilin müvafiq dövrünə nisbətən 70 faiz artım qeydə alınıb.

Rusiyada sərnişin daşınmasında ilk yerdə yerli şirkət “Aeroflot”, ikinci “S7 Airlines”, üçüncü sırada “Ural Airlines” mövqe tutub.

Həmçinin “Türk Hava Yolları” 8-ci, “Onur Air” isə 9-cu pillədə qərarlaşıb.