Alternative content

12:05 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hikmət Hacıyev: Kaspar Karampetyan yalnız kloun siyasətçiləri Azərbaycanın işğal olunmuş ərazilərinə gətirə bilir
Hikmət Hacıyev: Kaspar Karampetyan yalnız kloun siyasətçiləri Azərbaycanın işğal olunmuş ərazilərinə gətirə bilir
ANA SƏHİFƏ / SİYASƏT
12:08 30.08.2018

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə klounların və təlxəklərin qastrolları davam edir. Növbəti kloun isə Avropa Parlamentinin deputatı, yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri, siyasi təlxək və marginal Martin Sonneborndur. Bu adamın kim olduğunu başa düşmək üçün onun siyasi təbliğat posterinə baxmaq kifayətdir.

AZƏRTAC xəbər verir ki, bu fikri KİV-ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib: “Brüsseldə erməni lobbisinin rəhbəri Kaspar Karampetyan çoxlu pul xərcləyərək çarəsizlikdən yalnız kloun siyasətçiləri Azərbaycanın işğal olunmuş ərazilərinə gətirə bilir. Çünki sağlam düşüncəli insanlar münaqişənin əsl reallıqlarını, işğal və qanlı etnik təmizləmə faktlarını öyrənərək kimin kim olduğunu dərk edir və ondan kənar dururlar. Hətta deyərdim ki, erməni lobbist Karampetyan öz biznes pulları hesabına əvvəllər bu kimi səfərlər təşkil edərək özü də bilmədən işğalın əsl həqiqətlərinin bəzi lazımi insanlara çatdırılmasına xidmət edib.

Maraqlıdır, görəsən klounlar paradında növbəti kim olacaq, Kardaşyan bacılarımı?”.