Alternative content

11:53 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda zəbt olunan daha bir dayanacaq məntəqəsi bərpa edilir
Bakıda zəbt olunan daha bir dayanacaq məntəqəsi bərpa edilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 30.08.2018

Bakıda zəbt olunan daha bir dayanacaq məntəqəsi bərpa edilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, 148 nömrəli marşrut xətti üzrə hərəkət avtobusların Zabrat qəsəbəsində yerləşən son dayanacağı qanunsuz sökülərək tikinti işlərinə başlanılıb. Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının müdaxiləsi nəticəsində tikinti işləri dayandırılıb. Hazırda sərnişinlər üçün rahat və təhlükəsiz şəraitin yaradılması istiqamətində işlər aparılır.