30 Avqust 2018 11:08
130
CƏMİYYƏT
A- A+

Üzümün şəfaverici gücü

Üzüm beş min il əvvəl mərkəzi Asiyada becərilməyə başlanılıb, meyvələr içərisində minlərlə növü və üç mindən artıq rəngi ilə seçilir.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, kalori dəyəri yüksək olan üzümün tərkibi A, B, B1, B2, C vitaminləri, kalsium, potasyum və dəmirlə zəngindir. Həmin vitamin və maddələr qanı artırır, həzm sisteminin fəaliyyətini normaya salır, böyrək xəstəlikləri və yorğunluğun aradan qaldırılmasına kömək edir. Üzüm, həmçinin bağırsaqların və qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir. Onun xərçəng xəstəliyinə qarşı antioksid tərkibə malik olduğu da məlumdur. Qurudulmuş üzümdən hazırlanan kişmiş isə sinir sistemini gücləndirir.

Qara üzümün qabığındakı maddə xərçəng və şəkər xəstəliyinə qarşı qoruyucu olmaqla yanaşı, sinir sisteminə də müsbət təsir göstərir. Üzümün yarpağı və cavan zoğlarından isə şəfaverici və sərinləşdirici içki hazırlanır. Ağ üzümün qabığı və şirəsi çox faydalıdır. Onun şirəsi bağırsaqları təmizləyir, giləsi isə ürək-qan-damar sistemi xəstəliklərində, tənəffüs yolları iltihabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəliklərinin müalicəsində çox xeyirlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video