Alternative content

22:27 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xəzər dənizinin sahil zolağında ekoloji qanunvericiliyin tələblərini pozanlar cərimələniblər
Xəzər dənizinin sahil zolağında ekoloji qanunvericiliyin tələblərini pozanlar cərimələniblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:08 30.08.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Xəzər dənizinin sahil zolağında reydlər keçirməyə davam edirlər.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, reyd zamanı Sabunçu rayonunun Pirşağı qəsəbəsinin dəniz sahilində yerləşən “Günəş”, “Palma” çimərliklərində və Mehdiabad-Pirşağı yolunun sol hissəsində fəaliyyət göstərən kafenin yaxınlığında tullantıların qalaqlandığı və qanunvericiliyə uyğun qaydada idarə olunmadığı müəyyənləşib.

Faktlarla bağlı obyekt sahibləri Füzuli Mehtiyev, Elvin Həsənov və Hüseyn Süleymanov barəsində protokollar tərtib edilib. Onlar İnzibati Xətalar Məcəlləsinə əsasən, ümumilikdə, 2400 manat məbləğində cərimələniblər. Nöqsanların aradan qaldırılması məqsədilə qanun pozucularına icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.