Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:39 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 7 ayda Azərbaycana 1 milyon 655 min 300 nəfər xarici qonaq gəlib
7 ayda Azərbaycana 1 milyon 655 min 300 nəfər xarici qonaq gəlib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 30.08.2018

 

Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın  191 ölkəsindən 1 milyon 655 min 300 əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin müvafiq dövründə olduğundan 9,1 faiz çoxdur.

Gələnlərin 31,5 faizi Rusiya Federasiyası, 19,8 faizi Gürcüstan, 10,3 faizi Türkiyə, 10 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 20,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslərdir. Gələnlərin 67,2 faizini kişilər, qalanını qadınlar təşkil edib. Ən çox qonağımız iyul ayında olub.

Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 3,3 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,7 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, İraq vətəndaşlarının sayı 25,1 faiz, Oman vətəndaşlarının sayı 16,5 faiz artıb. İrandan gələnlərin sayında 21,1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 2,7 faiz azalma müşahidə edilib.

Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4 faiz artaraq 355 min 300 nəfər təşkil edib və ümumilikdə gələnlərin, demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub.

7 ayda Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,4 faiz artaraq 65 min 900 nəfərə, MDB ölkələrindən gələnlərin sayı 5,6 faiz artaraq 614 min 200 nəfərə çatıb.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,8 faizi dəmir yolu və avtomobil, 42,2 faizi hava, 1 faizi isə su nəqliyyatından istifadə edib.

Bu müddətdə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 2 milyon 514 min 800 nəfər olub. Ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 24 faizi İrana, 22,9 faizi Rusiya Federasiyasına, 15,2 faizi Türkiyəyə, 1,4 faizi Ukraynaya, 1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 2,1 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 67,9 faizi kişilər, 32,1 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,2 faiz, Gürcüstana gedənlərin sayı 0,9 faiz artıb, Türkiyəyə gedənlərin sayı 5,5 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 faiz azalıb.

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 79,9 faizi dəmir yolu və avtomobil, 19,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

 

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM