30 Avqust 2018 01:08
127
İQTİSADİYYAT
A- A+

2019-cu büdcə ilindən xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydası tətbiq olunacaq

 

2019-cu büdcə ilindən xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydası tətbiq olunacaq.

Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyev tərəfindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” imzalanan Qanun 2019-cu büdcə ilindən başlayaraq xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydasının tətbiqini nəzərdə tutur. Qaydanın tətbiqi dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına və büdcə intizamının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə töhfə verəcək. Büdcə qaydası ölkənin xalis maliyyə aktivləri əsasında büdcə ili ərzində xərclənə bilən neft gəlirlərinin və icmal büdcə xərclərinin yuxarı hədlərinin hesablanması mexanizmini müəyyən edir.

Burada əsas məqsəd xam neft qiymətlərinin yüksək olduğu illərdə və hətta xalis maliyyə aktivlərinin imkan verdiyi halda belə büdcə xərclərinin kəskin artımının qarşısının alınması və beləliklə də büdcənin protsiklliyinin məhdudlaşdırılmasıdır.

Bununla qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq kontr-tsiklik büdcə siyasətinin həyata keçirilməsinin təmin olunması nəzərdə tutulur ki, bu da ölkə iqtisadiyyatının daxil olduğu postneft dövrü üçün mühüm əhəmiyyət kəsb edir.

Yeni qayda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilməkdə olan və iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına yönəlmiş islahatların vacib elementlərindən biridir.

Büdcə qaydasına dair qanun Azərbaycan Respublikası Milli Məclisi tərəfindən iyunun 29-da qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video