Alternative content

01:29 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilik Fondunun dini maarifləndirmə ilə bağlı tədbirləri davam edir
Bilik Fondunun dini maarifləndirmə ilə bağlı tədbirləri davam edir
ANA SƏHİFƏ / Elm və texnika
12:08 30.08.2018

 

Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Ənənəvi İslam dəyərlərinin təbliği və radikal dini cərəyanlarla mübarizə” mövzusunda konfrans keçirilib. 

Rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar  məsələlər şöbəsinin müdiri Dilarə Əliyeva konfransı açaraq milli-mənəvi dəyərlərin təbliği ilə bağlı Bilik Fondunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gerçəkləşdirdiyi maarifləndirici layihələri xatırladıb, müxtəlif mövzularda mühazirələrin mütəmadi təşkil olunduğuna diqqət çəkib, belə tədbirlərin sistemli şəkildə keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

Konfransda “Radikal dini cərəyanlarla mübarizə hüquqi müstəvidə” mövzusunda çıxış edən Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev milli-mənəvi dəyərlərin hər bir xalqın kimliyinin müəyyənləşməsində əsas meyarlardan biri olduğunu qeyd edib. O, daha sonra milli-mənəvi dəyərlərin konstitusion-huquqi əsaslarından söz açıb. Bildirib ki, qloballaşma şəraitində bu dəyərlərin qorunması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. İ.Vəliyev çıxışında “Dini ekstremizimlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəaları ilə bağlı şərhlər verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Cahandar Əlifzadənin çıxışı “Dini radikalizm və islami dəyərlər” mövzusunda olub. İslam dininin barışıq, qardaşlıq dini olduğundan bəhs edən şöbə müdiri bu dinin müasir dünya elminə əsaslı töhfələr verdiyini vurğulayıb. O, müasir dövrdə islam pərdəsi altında fəaliyyət göstərməyə çalışan radikal qrupların islami dəyərlərlə heç bir əlaqəsi olmadığını konkret faktlarla diqqətə çatdırıb.

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov, Ağsaqqallar Şurasının üzvü Hacıağa Heydərov, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) regional mərkəzinin şöbə müdiri Ziya İsmayılov və digərləri maraqlı təkliflərlə çıxış edərək yerli əhalini aktual mövzuda maarifləndirən təşkilatçı qurumlara təşəkkürlərini bildiriblər. 

 

“Azərbaycan”