29 Avqust 2018 08:08
111
SİYASƏT
A- A+

Otto Hauzer: Angela Merkelin Bakıya səfəri Almaniya- Azərbaycan əlaqələrində irəliləyiş yaradacaq

Almaniya Federal kansleri Angela Merkelin Bakıya səfəri Almaniya ilə Azərbaycan arasındakı əlaqələrdə mühüm irəliləyişlər yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Almaniyadakı fəxri konsulu Otto Hauzer Almaniya Federal kanslerinin Bakıya səfərini şərh edərkən bildirib.

Fəxri konsulun fikrincə, bu səfər hər iki ölkəni bir-birinə daha da yaxınlaşdırdı. Bu, iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün yaxşı əsasdır. Bu səfər zamanı Azərbaycanın Almaniya və bütün Avropa İttifaqı üçün önəmi dəyərləndirildi.

Otto Hauzer hesab edir ki, bu səfərdən sonra peşə təhsili sahəsində əməkdaşlığın davam etdirilməsi üçün imkan yaranıb. Kanslerin Prezident İlham Əliyevlə danışıqları bu sahədə yeni təşəbbüslərə yol açıb. İndi Almaniya hökuməti fəxri konsul Otto Hauzer və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə birgə bu layihəni irəlilətmək istəyir.

“Sumqayıt şəhərində peşə məktəbi inşa olunduqdan sonra müəllimlər hazırlanması prosesinə start verilməlidir”, - deyə fəxri konsul qeyd edib. Onun sözlərinə görə, bu təlimin Almaniyada keçirilməsi mümkündür.

İkili peşə təhsili Azərbaycan iqtisadiyyatı üçün çox vacib olmaqla yanaşı, Almaniyadan sənaye məhsullarının gətirilməsi üçün də böyük əhəmiyyət kəsb edir. Otto Hauzer hazırda Sumqayıtda avtomobil sektorunda belə bir sənaye istehsalının yaradılması üzərində iş aparır. “Bunun üçün bu sahə üzrə yaxşı yetişdirilmiş yerli mütəxəssislərə böyük ehtiyac var”, - deyə fəxri konsul şərhində bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video