Alternative content

18:43 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV FIFA prezidenti ABŞ-ın dövlət başçısına qırmızı kart hədiyyə edib
FIFA prezidenti ABŞ-ın dövlət başçısına qırmızı kart hədiyyə edib
ANA SƏHİFƏ / İDMAN
08:08 29.08.2018

ABŞ Prezidenti Donald Tramp Ağ evdə Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantino ilə görüşüb. Görüşdə 2026-cı ildə Birləşmiş Ştatların Meksika və Kanada ilə birgə keçirəcəyi dünya çempionatına hazırlıq məsələləri müzakirə olunub.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, İnfantino “Oval kabinetin” sahibinə “26” nömrəli futbol köynəyi və hakimlərin istifadə etdikləri kartları təqdim edib. FIFA prezidenti izah edib ki, sarı və qırmızı kartlar futbolçulara xəbərdarlıq və diskvalifikasiya üçün göstərilir. İnfantino zarafatla əlavə edib ki, onlar ABŞ Prezidentinə jurnalistlərlə ünsiyyət zamanı lazım ola bilər. Hədiyyədən dərhal istifadə edən Tramp isə qırmızı kartı seçib və jurnalistlərə göstərib.

FIFA prezidenti bu il Rusiyada dünya çempionatının uğurla keçdiyini qeyd edib və Amerika mundialının ondan geri qalmayacağına əminliyini bildirib.