Alternative content

21:42 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Odlu silahdan ən çox ölüm halları ABŞ və Braziliyada baş verib
Odlu silahdan ən çox ölüm halları ABŞ və Braziliyada baş verib
ANA SƏHİFƏ / DÜNYA
05:08 29.08.2018

Müharibə və silahlı münaqişələr olmayan dinc şəraitdə odlu silahlardan ən çox ölüm hallarının baş verdiyi ölkələrin siyahısı açıqlanıb.

AZƏRTAC Amerika Tibb Assosiasiyasının Jurnalına (JAMA) istinadla xəbər verir ki, dinc şəraitdə odlu silahdan istifadə etməklə sui-qəsd, intihar və təsadüfi insidentlər nəticəsində ölüm hallarının baş verdiyi ölkələrin ilk altılığına Birləşmiş Ştatlar, Braziliya, Meksika, Kolumbiya, Venesuela və Qvatemala daxildir.

Siyahını tərtib edən Qlobal Risk İcmalında göstərilir ki, 2016-cı ildə 195 ölkədə dinc şəraitdə odlu silahdan 251 min insan həlak olub. Bunların 64 faizi qətl, 27 faizi intihar, 9 faizi isə təsadüfi ölümlərdir. Ekspertlər bildirirlər ki, silah satışının, dünya əhalisinin sayının artması nəticəsində bu rəqəm 1990-cı illə müqayisədə 4,2 faiz yüksəlib. Silahla zorakılığın artıq ictimai sağlamlıq probleminə çevrildiyini vurğulayan hesabatın müəllifi, Vaşinqton Universitetinin əməkdaşı Moşen Naqavinin sözlərinə görə, odlu silahlardan ölüm hallarının ildən-ilə artması, habelə əhalinin sürətlə silahlanması hökumətləri düşündürməlidir. Tədqiqatçı əlavə edib ki, açıqlanan bu rəqəmlərə terror hadisələri zamanı həyatını itirənlər daxil deyil.

Hesabatda göstərilir ki, odlu silahlardan ölüm hallarının 32 faizi iki ölkənin - ABŞ və Braziliyanın və digər Latın Amerikası ölkələrinin payına düşüb. Bu ölkələrdə silahlı qətllərin əsas səbəbi narkotik maddələrin və silah ticarətinin geniş yayılmasıdır.