Alternative content

16:00 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tramp mətbuata qırmızı vərəqə göstərdi
Tramp mətbuata qırmızı vərəqə göstərdi
ANA SƏHİFƏ / DÜNYA
05:08 29.08.2018

ABŞ Prezidenti Donald Tramp Ağ evdə FİFA-nın prezidenti Canni İnfantino ilə görüşdən sonra jurnalistlərə qırmızı vərəqə göstərmişdir. Media nümayəndələri Trampın hərəkətini gülüşlə qarşılamışlar.

Görüş barədə videoxəbərdən göründüyü kimi, İnfantino Trampa sarı və qırmızı futbol vərəqələri təqdim edib izah edir ki, həmin vərəqələr oyunçuları cəzalandırmaq üçündür. Bundan sonra ABŞ Prezidenti vərəqi əlinə alıb mətbuat nümayəndələrinə göstərmişdir. Tramp əlavə etmişdir ki, “bu, çox yaxşıdır, xoşuma gəlir”.

Ağ evdə Tramp-İnfantino görüşü 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya futbol çempionatına hazırlıqla əlaqədar təşkil olunmuşdu.

Xatırladaq ki, Tramp dəfələrlə onun administrasiyasının işini tənqid edən qəzet və teleşirkətlərin ünvanına kəskin tənqidlə çıxış etmişdir.