29 Avqust 2018 05:08
71
CƏMİYYƏT
A- A+

Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı müşavirə keçirilib

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Əsanamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 23 oktyabr tarixli Fərmanından və “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli Qanunundan irəli gələn vəzifələrin icra vəziyyəti ilə bağlı Daxili İşlər Nazirliyində (DİN) birgə müşavirə keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev iştirak ediblər.

Daxili işlər naziri tədbirdə çıxış edərək qeyd olunan normativ hüquqi aktların icrası ilə əlaqədar cari il sentyabrın 1-dən yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılacağını diqqətə çatdırıb. Ramil Usubov Daxili İşlər və İqtisadiyyat nazirliklərinin müvafiq strukturlarının və tərəfdaş “İdrak Texnoji Transfer” şirkətinin ölkə ərazisində sentyabrın 1-dən yeni sənədin verilməsi istiqamətində hazırlıq və texniki işləri uğurla başa çatdırdığını bildirib.

İqtisadiyyat naziri Şahin Mustafayev həmkarının fikirlərini bölüşərək yeni nəsil şəxsiyyət vəsiqələrin tətbiqinə hazırlıq mərhələsində prosesə cəlb olunmuş bütün iştirakçıların birgə səmərəli əməkdaşlığını yüksək qiymətləndirib. Nazir bu məsələlərin hər iki dövlət orqanının rəhbərliyi səviyyəsində dəfələrlə müzakirə edildiyini, qarşıya çıxan problemlərin uğurla həllini tapdığını xatırladıb, bu işdə əməyi keçən bütün struktur qurumlara və şəxslərə təşəkkür edib.

Sonra Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Elçin Məmmədov, İqtisadiyyat Nazirliyinin hüquq şöbəsinin müdiri Tural İsgəndərov və “İdrak Texnoji Transfer” şirkətinin məsul əməkdaşı Cavanşir Hüseynov yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi istiqamətində görülən hazırlıq işləri barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.

Qeyd olunub ki, yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə respublikanın Ədliyyə, Səhiyyə nazirliklərinin, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərinin, Dövlət Əmlak Məsələləri Komitəsinin informasiya resurslarından istifadə edilməklə zəruri məlumat mübadiləsinin aparılması, həmçinin vəsiqə sahibinin gücləndirilmiş elektron imzasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzindən alınması üçün qarşılıqlı əlaqənin yaradılması təmin olunub. Bundan əlavə, yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə zəruri avadanlıqlar ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında və “ASAN xidmət” mərkəzlərində quraşdırılıb. Texniki parametrlərinin və iş göstəricilərinin yoxlanılması məqsədilə onlara sınaq baxışları, yeni texnika ilə işləyəcək əməkdaşlar üçün müvafiq treninqlər keçirilib.

Hər iki nazir görülən işlərin Azərbaycan Respublikası Prezidentinin daim diqqət və nəzarətində olduğunu, həyata keçirilən tədbirlər barədə mütəmadi olaraq dövlətimizin başçısına məruzə edildiyini vurğulayıb. Ramil Usubov və Şahin Mustafayev rəhbərlik etdikləri nazirliklərin aidiyyəti qurumlarının cari il sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə tam hazır olduğunu diqqətə çatdırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video