29 Avqust 2018 05:08
96
SİYASƏT
A- A+

Azərbaycanın Baş naziri Türkiyə Böyük Millət Məclisinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, yüksək səviyyəli qarşılıqlı səfərlərin iki qardaş ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Binəli Yıldırımı Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə təbrik edən Baş nazir Novruz Məmmədov onun parlament sədri kimi ilk səfərini Azərbaycana etməsinin yüksək qiymətləndirildiyini bildirib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Baş nazir deyib ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər ən yüksək zirvədədir. Ölkələrimiz bütün sahələrdə əməkdaşlıq edir, bütün məsələlərdə eyni mövqedən çıxış edir, beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək verir.

Novruz Məmmədov qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin sıx dostluq münasibətləri ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Birlikdə reallaşdırılan qlobal layihələrin əhəmiyyətindən bəhs edən Baş nazir qardaş ölkələrimizin qanunverici orqanları arasındakı əlaqələrin də məmnunluq doğurduğunu ifadə edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Baş nazir Novruz Məmmədov deyib ki, Türkiyə bu məsələnin həllində də daim Azərbaycanın yanındadır və ölkəmizə böyük dəstək göstərir.

Novruz Məmmədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edən Türkiyə parlamentinin sədri Binəli Yıldırım hər iki dövlətin yeni vəzifəyə başlayan rəsmilərinin ilk səfərlərini qardaş ölkəyə etməsinin ənənəyə çevrildiyini bildirib. Böyük Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamını xatırladan Binəli Yıldırım hər zaman olduğu kimi, TBMM-nin sədri vəzifəsində də hər iki ölkənin mənafeyinin müdafiəsi istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Böyük Millət Məclisinin sədri Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyini və bu dəstəyin davamlı olacağını diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video