29 Avqust 2018 04:08
183
İQTİSADİYYAT
A- A+

“Xəzər” avtomobilləri Moskvada beynəlxalq sərgidə nümayiş olunacaq

"Xəzər" avtomobilləri Moskvada beynəlxalq avtomobil sərgisində nümayiş ediləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 31-dən sentyabrın 9-dək Moskvada Dünya Avtomobil İstehsalçıları Təşkilatının dəstəyi ilə keçiriləcək beynəlxalq sərgidə "Xəzər" avtomobilləri də nümayiş olunacaq.

Sərgidə Neftçala Sənaye Məhəlləsinin ən iri müəssisəsi olan "Khazar" Avtomobil Zavodunda istehsal edilmiş "Xəzər LD" və "Xəzər SD" avtomobilləri də təqdim ediləcək.

Avtomobil sənayesinin ən son yeniliklərinin nümayiş olunacağı Moskva Beynəlxalq Avtomobil Salonu sərgisində tanınmış avtomobil istehsalçıları olan "Audi", "BMW," "Cadillac", "Ford", "Honda", "Hyundai", "Infiniti", "Isuzu", "Jaguar", "KIA", "Land Rover", "Lexus", "Mazda", "Mercedes-Benz" və sair öz avtomobillərini nümayiş etdirəcək.

Qeyd edək ki, 2018-ci ilin martında istifadəyə verilmiş "Khazar" Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin rezidentidir və zavodun illik istehsal gücü 10 min avtomobildir. Zavodda müasir texnologiya, avadanlıq və mexanizmlər əsasında müxtəlif avtomobil modelləri istehsal olunur. "Xəzər" avtomobilləri Avro-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur və "Made in Azerbaijan" brendi altında satışa çıxarılır. Bu avtomobillərin xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video