Alternative content

12:34 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zəlzələ nəticəsində ciddi dağıntı olmasa da, köhnə tikililərdə çatlar əmələ gəlib
Zəlzələ nəticəsində ciddi dağıntı olmasa da, köhnə tikililərdə çatlar əmələ gəlib
ANA SƏHİFƏ / CƏMİYYƏT
03:08 29.08.2018

Avqustun 28-də cənub bölgəsində - Lerik rayonunda 5,1, 3,7, 3,1 bal gücündə baş verən zəlzələlər nəticəsində bölgədə ciddi dağıntı qeydə alınmasa da, Lerik, Lənkəran və Astara rayonlarının yaşayış məntəqələrində köhnə tikililərdə çatlar əmələ gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, zəlzələdən ziyan çəkmiş evlərin əksəriyyəti köhnə, çiy kərpicdən olan tikililərdir.

Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, ötən gün güclü təkanlardan sonra 40-a yaxın fərdi yaşayış evində iri və xırda çatların yaranması ilə bağlı müraciət daxil olub. Ən çox müraciətlər rayonun Züvüc, Bürsülüm, Tükaban, Pirəsora kəndlərindən olub. Artıq qabaqlayıcı tədbirlərin görülməsi üçün müvafiq qurumlara xəbər verilib. Hazırda rayonda ziyan dəymiş yaşayış evlərinin sayı dəqiqləşdirilir.

Lənkəranda da zəlzələ şəhərin bir sıra hündürmərtəbəli binalarının divarlarında çatlar əmələ gətirib. Rayonun İstisu qəsəbəsi, Rvo, Mollakənd, Əşlə, Şovu, Siyablı, Diryan, Lüvəsər, Türkəkəran, Sütəmurdov kəndlərində, ümumilikdə, 100-ə yaxın evdə irili-xırdalı çatlar əmələ gəlib.

Astara rayonunda Lerik rayonu ilə qonşu olan dağ kəndlərində - Ovala, Miki, Siyəkü kəndlərində 20-yə yaxın tikilidə çatlar yaranıb.

Rayonun Miki kənd sakini Sədullah Nabatovun evi isə qəzalı vəziyyətə düşüb. Zəlzələnin təsirindən evin dam örtüyü çöküb.

Astara rayonunun Niləşə kəndində Mərhəmət Babayevə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsi nəticəsində 2–si azyaşlı olmaqla, 7 nəfərdən ibarət ailə üzvləri bayırda gecələməli olublar. Ev sahibinin sözlərinə görə, onun yaşayış evi hələ ötən əsrin 90-cı illərində baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdü.

Hazırda hər üç rayonun fövqəladə hallar komissiyası zəlzələnin yaşayış məntəqələrinə vurduğu ziyanı dəqiqləşdirir.