Alternative content

17:35 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İraqda nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində 8 nəfər həlak olub
İraqda nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində 8 nəfər həlak olub
ANA SƏHİFƏ / DÜNYA
03:08 29.08.2018

İraqın qərbində terrorçu-kamikadzenin nəzarət-buraxılış məntəqəsində törətdiyi partlayış nəticəsində azı 8 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

AZƏRTAC Iraqi News portalına istinadla xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik xidmətində olan mənbə bildirib. Portalın məlumatına görə, Əl-Qaym şəhərinin cənubunda yerləşən və İraq ordusu ilə xalq səfərbərlik qüvvələrinin müştərək nəzarət etdiyi məntəqəyə minalanmış avtomobillə hücum edilib.

Xatırladaq ki, 2017-ci ildə İraq hökuməti İŞİD qruplaşması tərəfindən ələ keçirilən bütün ərazılərdə nəzarətin geri alındığı barədə məlumat yaymışdı. Həmin dövrdən bəri qruplaşma ölkə ərazisində bir çox terror hücumunun məsuliyyətini öz üzərinə götürüb.