Alternative content

04:58 16 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
00:52 16.01.2019 Ən islahatçı Prezident
00:36 16.01.2019 Bir cüt qərənfil...
FOTOXRONİKA
Abşeron Milli Parkından FOTOREPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Naftalanda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Naftalanda vətəndaşlarla görüşəcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 29.08.2018

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Naftalanda vətəndaşlarla görüşəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ramin Quluzadə avqustun 31-də saat 12:00-da Naftalan şəhərində Naftalan, Gəncə şəhərlərinin, Göygöl, Samux, Goranboy, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, eləcə də bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. Bunun üçün Naftalan şəhərində (02235) 22106, Gəncə şəhərində (02225) 71617, Göygöl rayonunda (02220) 55013, Samux rayonunda (02227) 51199, Goranboy rayonunda (02224) 52106, Daşkəsən rayonunda (02221) 53020, Kəlbəcər rayonu üzrə (02226) 75099, Xocalı rayonu üzrə (02235) 21698 nömrəli telefonlara zəng edə bilər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM