Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

23:01 12 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Koreya alimlərinin Qəbələ rayonundakı yeni arxeoloji kəşfləri
Azərbaycan və Koreya alimlərinin Qəbələ rayonundakı yeni arxeoloji kəşfləri
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:08 29.08.2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu (AEİ) ilə Seul Milli Universiteti arasında əməkdaşlıq çərçivəsində Qəbələ rayonundakı Səlbir antik və orta əsrlər yaşayış yerində aparılan arxeoloji tədqiqatlar davam etməkdədir.

AEİ-dən AZƏRTAC-a bildirilib ki, arxeoloji tədqiqatlara Azərbaycan tərəfindən bu institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Qəbələ antik və ilk orta əsrlər arxeoloji ekspedisiyasının rəisi Ceyhun Eminli, Koreya Respublikası tərəfindən isə Seul Milli Universitetinin professoru Jong İl Kim rəhbərlik edirlər.

C.Eminlinin sözlərinə görə, arxeoloji tədqiqatlar Səlbir ərazisinin iki qazıntı sahəsində aparılır. Tədqiqatlar zamanı yaşayış yerinin cənub-qərb kənarında üst mədəni təbəqəyə aid iri yaşayış binası aşkarlanıb. Yaşayış binası və onun həyəti geniş bir ərazini əhatə edir. Bünövrəsi çay daşından qurulmuş və divarları bişmiş kərpiclərlə ucaldılmış bina güclü dağıntılara məruz qalıb. XII-XIII əsrlərə aid binada xeyli sayda inşaat bəzəkləri aşkarlanıb. Bu da evin otaqlarının əhəng tərkibli suvaq qatı və müxtəlif formalı yapma bəzək detalları ilə tərtib olunduğunu göstərir. Əhəng tərkibli suvaq qatı üzərindəki zəif müşahidə olunan rənglərə əsasən evin iç divarlarının müxtəlif bəzək elementləri ilə naxışlandığını da söyləmək olar. Tədqiqatlar zamanı evin divarlarını dağıtmış sonrakı dövrə aid müsəlmanların qəbirləri də aşkarlanıb.

Arxeoloji tədqiqatlar Səlbir yaşayış yerinin mərkəzi hissələrinə yaxın yerində də davam etdirilir ki, burada kiçik su anbarının olması ehtimal edilir. Qazıntılar zamanı müxtəlif təyinatlı quyular, təsərrüfat anbarı, ocaq qurğuları və şirli qabların bişirilməsi üçün nəzərdə tutulan dulus kürəsinin hissələri də aşkarlanıb. Qazıntı sahəsində son antik və orta əsrlərə aid xeyli sayda saxsı, şüşə və daş məmulatı toplanıb. Ərazidə arxeoloji tədqiqatlar sentyabrın əvvəllərinədək davam etdiriləcək.

Qeyd edək ki, Səlbir yaşayış yerində tədqiqatlar Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü ilə 2009-cu ildən etibarən təşkil olunur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM