Alternative content

06:06 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Duzun normadan azca artıq olması heç də zərərli deyil
Duzun normadan azca artıq olması heç də zərərli deyil
ANA SƏHİFƏ / Səhiyyə
11:08 29.08.2018

Duzun insan orqanizminə mənfi təsir göstərdiyi məlumdur. Natrium-xlor birləşməsi əksər hallarda mayenin bədəndə qalmasına və arterial təzyiqin yüksəlməsinə səbəb olur.

AZƏRTAC xəbər verir ki, Kanada alimləri duzdan orta miqdarda istifadənin ürək-damar sistemi üçün faydalı ola biləcəyini iddia edirlər. Mütəxəssislərin fikrincə, duzun gündəlik miqdarı Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi beş qramdan artıq olsa da, onun ziyanı yoxdur.

Elm adamları bu fikrə dünyanın 21 ölkəsindən olan 94 min nəfərdən artıq insan üzərində aparılan tədqiqatın nəticəsində gəliblər.

Rasionda duz çatışmazlığı isə infarkt təhlükəsi yaradır.