Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

04:43 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
11:08 29.08.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Binəli Yıldırıma Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev Binəli Yıldırımın Baş nazir və digər vəzifələrdə çalışdığı dövrlərdə Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, Bakı-Tbilisi-Qars layihəsinin reallaşması işinə öz töhfəsini verdiyini vurğuladı.

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər. Prezident İlham Əliyev Binəli Yıldırımın Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsində çalışdığı dövrdə də parlamentlərarası əlaqələrimizin uğurla inkişaf edəcəyinə əminliyini bildirdi, ona bu vəzifədə uğurlar arzuladı.

Xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Binəli Yıldırım Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Türkiyə Böyük Millət Məclisinin sədri kimi ilk rəsmi səfərini Azərbaycana həyata keçirməsindən məmnunluğunu bildirən Binəli Yıldırım qeyd etdi ki, onun Azərbaycanda birinci dəfə 15 il bundan əvvəl olduğu dövrlə müqayisədə ölkəmiz çox böyük inkişafa nail olub və Azərbaycanın tərəqqisi Türkiyədə böyük sevinc hissi doğurur.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş etdi.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM