Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

13:27 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan üç komandanın adı müəyyənləşib
UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan üç komandanın adı müəyyənləşib
ANA SƏHİFƏ / İDMAN
09:08 29.08.2018

Avqustun 28-də UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk üç iştirakçının adı bəlli olub.

AZƏRTAC xəbər verir ki, səfərdə Macarıstanın "Vidi" klubuna 2:1 hesabı ilə qalib gələn Yunanıstan təmsilçisi AEK doğma meydanda ilk oyunda əldə etdiyi üstünlüyünü qoruya bilib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb və iki oyunun nəticəsinə görə AEK Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlib.

Səfərdə “Yanq Boyz” klubu ilə heç-heçə edən Xorvatiyanın "Dinamo Zaqreb" klubu doğma meydanda 2:1 hesabı ilə məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.

Günün üçüncü qarşılaşması isə Ukraynanın "Olimpiyski" stadionunda “Dinamo Kiyev” və Hollandiyanın "Ayaks" klubları arasında baş tutub. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Hollandiya təmsilçisi iki oyun nəticəsinə əsasən qrup mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək, Çempionlar Liqasının play-off mərhələsində məğlub olan klublar ("Vidi", "Dinamo Kiyev", "Dinamo Zaqreb") UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaqlar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM