Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

18:29 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əsas iqtisadi-ticarət tərəfdaşlığından fəal strateji müttəfiqliyə doğru
Əsas iqtisadi-ticarət tərəfdaşlığından fəal strateji müttəfiqliyə doğru
ANA SƏHİFƏ / SİYASƏT
12:08 29.08.2018

 

Kansler Angela Merkelin ölkəmizə səfəri iki ölkə arasında əlaqələri bütün sahələr üzrə daha da inkişaf etdirəcək

 

Ötən həftə müstəqil Azərbaycanın siyasi və diplomatik həyatında daha bir tarixi hadisə yaşandı. Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel avqustun 25-də ilk dəfə respublikamıza səfər etdi.
Bəzi ekspertlər bu səfərin yalnız iki ölkə arasında siyasi əlaqələrin daha da möhkəmlənəcəyinə xidmət etdiyini söyləsələr də, Prezident İlham Əliyevlə Angela Merkel arasında aparılan danışıqlarda, liderlərin mətbuata bəyanatlarla çıxışlarında və iş adamları ilə birgə keçirilən görüşdə səslənən fikirlərdən bəlli oldu ki, bu səfər həm də iqtisadi baxımdan çox önəm kəsb edir.

 

Almaniya ölkəmizin əsas ticarət tərəfdaşları arasında 5-ci yeri tutur

 

Avropa İttifaqının əsas söz sahiblərindən biri olan Almaniya iqtisadiyyatının həcminə görə Avropada birincidir. 3 trilyon 684 milyard dollar nominal ümumi daxili məhsulu olan federativ respublikanın ixrac imkanları isə 1.4 trilyon dollar təşkil edir.
Bu imkanlara sahib olan ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Statistikaya əsasən, 2017-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarətində Azərbaycanın payı təxminən 66 faiz olub. İki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxındır.
2018-ci ilin son 7 ayında Almaniya Azərbaycanın ümumi ticarət dövriyyəsində 4.99 faiz paya sahib olmaqla, ölkəmizin əsas ticarət tərəfdaşları arasında 5-ci yeri tutur. Yanvar-iyun aylarında iki ölkə arasındakı ticarət dövriyyəsi 665 milyon dollar təşkil edib. Təxminən yarım milyard dollarlıq sərmayə qoyuluşu ilə Almaniya şirkətləri son illər Azərbaycan iqtisadiyyatında aktivdirlər. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatına investisiya yatıranlar arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir.

 

Azərbaycanda 150 alman müəssisəsi fəaliyyət göstərir

 

Heydər Əliyev Mərkəzində təşkil edilən iş adamları ilə görüşdə Prezident İlham Əliyev Azərbaycanda fəaliyyət göstərən alman şirkətləri barədə geniş məlumat verdi.
Bəlli oldu ki, Azərbaycanda uzun illərdir fəaliyyət göstərən bu şirkətlər bir çox sahələr üzrə işləyib, müxtəlif layihələr icra ediblər. Yalnız dövlət vəsaiti hesabına Almaniya şirkətləri dəyəri 1 milyard dollardan çox layihələr icra ediblər. Dövlət başçısı vurğuladı ki, Azərbaycanda müasir texnologiyaların tətbiqi, iqtisadi şaxələndirmə və qeyri-neft sektorunun inkişafında alman şirkətləri ilə əməkdaşlıq daha da genişləndiriləcək.
Federal Kansler Angela Merkel isə mətbuata bəyanatında xüsusi olaraq vurğuladı ki, Almaniyanın bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşı var. Azərbaycanda Almaniyanın xarici ticarət palatası, o cümlədən 150 alman müəssisəsi fəaliyyət göstərir. Onun fikrincə, Azərbaycan iqtisadiyyatı son illərdə sürətlə inkişaf edib və ölkə bu sahədə böyük uğurlar qazanıb. Almaniya bu sahədə Azərbaycana yaxşı partnyor ola bilər.

 

Alman-Azərbaycan Xarici Ticarət Palatası etibarlı biznes təklif edir

 

Bu gün Avropa İttifaqı həm də Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42 faiz olub və 9,4 mlrd. dollar təşkil edib. 2018-ci ilin ilk 4 ayında isə bu göstərici 15 faiz təşkil edib və 3,7 mlrd. dollar olub. Bu ilin son 7 ayında Azərbaycandan Avropa İttifaqı ölkələrinə 5 milyard 489 milyon 727 min dollar dəyərində məhsul ixrac olunub.
Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 25 milyard dollara yaxın investisiya yatırılıb. Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir.
Avropa İttifaqının bir sıra ölkələri (Almaniya, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Polşa və d.) ilə Azərbaycan arasında ticarət palataları fəaliyyətdədir.
Xatırladaq ki, hələ 1999-cu ildə Alman-Azərbaycan İqtisadi İttifaqı (DAWF) yaradılmışdır. 2012-ci ildən etibarən isə ölkəmizdə fəaliyyət göstərən Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) alman iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. 120-dən artıq üzv şirkətlə AHK Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. Şirkətlər xüsusilə Azərbaycan iqtisadiyyatında və siyasətində AHK-ın inkişaf etmiş şəbəkəsindən yararlana bilərlər. Üzv şirkətlərin maraqlarını fəal şəkildə təmsil etməklə AHK Azərbaycan həmçinin geniş çeşiddə etibarlı biznes və hüquqi xidmətlər təklif edir. AHK Azərbaycan 90-dan artıq ölkənin 130 bölgəsində fəaliyyət göstərən Alman Xarici Ticarət Palatalarının qlobal şəbəkəsinin bir hissəsidir.

 

Oktyabrda Azərbaycan-Almaniya Biznes Forumu keçiriləcək

 

Xatırladaq ki, bu il oktyabr ayının 9-da AHK Azərbaycan Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə Bakıda “Azərbaycanda Enerji və İKT” mövzusuna həsr olunmuş Azərbaycan-Almaniya biznes forumunu təşkil edəcək.
Tədbirin əsas məqsədi alman şirkətləri və onların azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək və işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyənləşdirməkdir. Forumun mövzusunu enerji və İKT sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edir. Forumun açılış mərasimində Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir.

 

Avropa İttifaqının enerji şaxələndirilməsində güclü amil

 

Angela Merkelin bu mühüm səfəri zamanı həmçinin Azərbaycanın son illərdə gerçəkləşdirdiyi beynəlxalq əhəmiyyətli layihələr, xüsusən də enerji layihələri müzakirə mövzusu oldu. Kansler həm “Cənub qaz dəhlizi”, həm də Bakı-Tbilisi-Qars dəmir yolunun ölkəmizə qazandıracağı dividendlərdən söz açaraq bildirdi ki, Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsində də güclü bir amildir. “Cənub qaz dəhlizi”nin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq, Bakı-Tbilisi-Qars dəmir yolu isə Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq.
Bu gün Azərbaycan ticarətinin 50 faizini Avropa İttifaqına üzv ölkələrlə olan ticarət təşkil edir. Azərbaycan bu quruma üzv olan ölkələrin əksəriyyəti ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu isə o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Əlbəttə, bu, gənc müstəqil ölkə üçün çox vacibdir və Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşma strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edilir.

 

Azərbaycan bu gün müasirləşmə dövrünü yaşayır

 

Prezident İlham Əliyev isə bir daha bəyan etdi ki, Azərbaycan indi müasirləşmə dövrünü yaşayır, iqtisadi şaxələndirmə əsas prioritetlərdəndir. Bütövlükdə isə Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir və son 15 il ərzində iqtisadiyyatın 3 dəfədən çox artması dünya dövlətlərinin Azərbaycana olan marağını daha da artırıb.
Bu gün ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir, xarici borc ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir, işsizlik 5 faiz səviyyəsindədir. 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayənin yatırılması da ölkəmizdə xarici və yerli investorlara yaradılan şəraitdən xəbər verir.
Bu uğurları biz yox, beynəlxalq reytinq təşkilatları da öz hesabatlarında göstərirlər. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliyinə görə dünyada 35-ci yerə layiq görüb və bu onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi şaxələndirmə siyasəti uğurla aparılır.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM