Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:13 22 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Güllə altında becərilən torpaq
Güllə altında becərilən torpaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 29.08.2018

 

Dövlət qayğısı Ağdam kəndlisinə əminlik və qol-qanad verir

 

Bu yerlərdə atəşkəs, demək olar ki, hər gün pozulur. Ermənistan silahlı qüvvələrinin təxribatları davam edir. Ancaq Ağdam kəndlisinin əzmini, iradəsini nə düşmən səngərindən atılan güllələr qıra bilir, nə də hədəfə alınmaq təhlükəsi.
Məkrli düşmənimiz olan erməni faşistləri 25 ildir ki, Ağdam rayonu ərazisinin dörddəüç hissəsini işğal altında saxlayır. İşğal olunmuş Ağdam şəhərinin, qəsəbə və kəndlərin əhalisi doğma ev-eşiklərindən, isti yuvalarından perik salınıb məcburi köçkün kimi respublikanın müxtəlif bölgələrinə səpələnsələr də, hər yerdə hər zaman dövlətin qayğısı ilə əhatə olunmuşlar. Bu davamlı qayğıdan güc alan ağdamlılar çadır düşərgələrində, yük vaqonlarında, torpaq daxmalarda ağır məhrumiyyətlərə dözməli olsalar da, heç zaman ümidlərini itirməyiblər. Həmişə dövlətə, Prezidentə sədaqətli olublar. İnanıblar ki, gücü-qüdrəti aydan-aya sürətlə artan dövlət, fəaliyyətinin əsas prioritetlərindən biri qaçqın və məcburi köçkünlərin problemlərinin həlli olduğunu bəyan edən Prezident heç vaxt onları darda qoymaz.
Yaman günün ömrü az olar, deyiblər. Quş qanadlı illər necə də sürətlə ötüb keçdi. Çadırlarda, yük vaqonlarında yaşanan qızmar yayın, qarlı-şaxtalı qışın ağrı-acısı artıq xatirələrə çevrilib. Prezidentliyə namizəd kimi Bərdədəki Türk “Qızıl Ay” çadır şəhərciyində məskunlaşan məcburi köçkünlər qarşısında çıxış edən İlham Əliyev verdiyi sözə sadiq qalıb dediyini etdi. İndi Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi yoxdur. Sözünü tutan, verdiyi vədi şərəflə reallaşdıran Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı ilə ölkənin müxtəlif bölgələrində qaçqın və məcburi köçkünlər üçün çoxsaylı qəsəbələr, müasir tipli yaşayış kompleksləri tikilib istifadəyə verildi. Təkcə Ağdam rayonu ərazisində inşa olunmuş qəsəbələrin sayı 18-ə çatır. Həyat əhəmiyyətli bu qayğı və diqqəti hər zaman minnətdarlıqla dəyərləndirən ağdamlılar isə Prezident İlham Əliyevə yenilməz sədaqətləri ilə, dövlət başçısının ətrafında sıx cərgələrlə birləşərək öz dəyişməz mövqelərini ortaya qoyur, əzmkarlıq və fədakarlıq nümunəsi göstərirlər.
Ağdamlılar zamanın ağır sınaqlarına məruz qalanda da, xoş və qayğısız günlərdə də həmişə qürurlu olublar. İnsanlıq üçün çətin və ağır günlərdə, işsiz, evsiz-eşiksiz durumda məhrumiyyətlərə dözüb uzun bir zaman kəsiyində dövlətin qayğısına sığınsalar da, ürəklərindəki qürur, özünəgüvənc hissi onları ələbaxım psixologiyasının təsiri altına düşməyə qoymayıb. Dövlətin qayğısından güc alıb məğrur yaşamağa davam edən ağdamlıların indi xoş güzəranı, firavan həyatı var. Bu gün qonşu Bərdədə tikilən diqqətçəkən evlərin, yaraşıqlı villaların əksəriyyəti ağdamlılara məxsusdur. Ən bahalı maşınlar da onlardadır. Quzanlıdan Xındırıstana gedən yolun solunda yeni bir yaşayış massivi salınıb. Burada tikilən evlər yaraşığı ilə göz oxşayır. Sağlıqlarına qismət! Massivə maraqlı ad da qoyublar - “Yeni Yasamal”. Bütün bu uğurlar dövlətin sahibkarlığın inkişafına yaratdığı münbit şəraitin, göstərdiyi qayğı və diqqətin sayəsində mümkün olmuşdur. O da inkaredilməz həqiqətdir ki, ağdamlılar sahibkarlığı, xüsusilə ticarəti yaxşı bacarırlar. Bu sahədə dövlətin real dəstəyi isə onların gücünə güc qatır.
İndi Ağdamda təsərrüfat işlərinin qızğın çağıdır. Taxıl biçini uğurla başa çatdırılıb. Taxıl əkilmiş 14.055 hektar sahədən 52160 ton “sarı kəhrəba” istehsal olunmuşdur. Hər hektarın məhsuldarlığı 37,1 sentner olmuşdur ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Rayonun kümçüləri də zərbəçi əmək nümunəsi göstərmişlər. Cari ildə 27083 kiloqram yüksəkkeyfiyyətli barama istehsal olunmuşdur. Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələr olan pambıqçılığı, baramaçılığı inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə tapşırıq və tövsiyələrini fəaliyyət proqramı kimi qəbul edən Ağdam kəndlisi mövcud torpaq sahələrinin hər qarışından maksimum səmərəli istifadə etməyə çalışır, bu istiqamətdə böyük uğurlara imza atır.
Rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək üçün məqsədyönlü tədbirlər görülür. 2016-cı ildə Çin Xalq Respublikasından 30 min ədəd məhsuldar tut tingi gətirilib əkilmişdir. Keçən il isə Çindən gətirilmiş daha 35 min ədəd tut tingi əkilib. Son iki ildə müxtəlif ərazilərə əkilmiş yerli tut tinglərinin sayı 20 min ədəddir.
Ağdam rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayon əhalisinin mühüm gəlir mənbəyi, dolanışıq yeri də məhz kənd təsərrüfatıdır. Cari ildə 3.100 hektar sahədə pambıq, 537 hektar sahədə şəkər çuğunduru, 351 hektarda kartof, 111 hektarda bostan, 4567 hektar sahədə isə tərəvəz əkilmişdir. İndi təsərrüfatlarda əmək bulaq kimi çağlayır. Yüksək aqrotexniki qaydalar əsasında becərilən pambıq tarlaları bol məhsuldan xəbər verir. Tarla bahadırları bütün səy və bacarıqlarını səfərbər edərək çalışırlar ki, bu il hər hektardan 20 sentnerdən çox “ağ qızıl” götürsünlər.
Təbii su mənbələrinin işğal altında qalması rayonun əkin sahələrinin suvarma suyu ilə təmin olunmasında ciddi problemlər yaradır. Ağdama davamlı dövlət qayğısı bu problemin həllini asanlaşdırır. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 7 dekabr 2016-cı il tarixli sərəncamı ilə Ağdam rayonunun təsərrüfatlarında 30 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdu. Uğurla reallaşan bu layihə Ağdam kəndlisinə böyük töhfədir. Əkinlərin suvarma suyu ilə təmin olunması torpaqların hər qarışından səmərəli istifadə etməyin, yüksək məhsuldarlığa nail olmağın mühüm şərtidir. Təbii ki, dövlət qayğısı su probleminin həlli ilə məhdudlaşmır. Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına güclü dövlət dəstəyi istehsalçıların istifadə etdikləri motor yağları və yanacağa görə güzəştlərin artırılmasında, yüksək reproduksiyalı toxumların və cins qaramalın əldə edilməsi üçün güzəştlərin tətbiqində də özünü qabarıq şəkildə göstərir. “Aqroservis” müəssisəsi vasitəsilə güzəştli qiymətlərlə gübrələrin alınıb torpaq istifadəçilərinə verilməsi də dövlət qayğısının tərkib hissəsidir. Kənd təsərrüfatı məhsullarının becərilməsi və yığılması işlərinin vaxtlı-vaxtında görülməsi üçün “Aqroservis”in rayon filialı Ağdam kəndlisinin ən yaxın və etibarlı köməkçisinə çevrilmişdir.
Torpaq istifadəçilərinin istehsal etdikləri məhsula görə dövlət səviyyəsində maddi cəhətdən maraqlandırılması respublikanın hər yerində olduğu kimi, Ağdamda da yaxşı nəticələr verir, məhsul istehsalının artırılmasına əhəmiyyətli təsir göstərir. Ağdam Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Teyyub Nəcəfov söhbət zamanı dedi ki, ötən kənd təsərrüfatı ilinin nəticələrinə əsasən, məhsul istehsalçılarına dövlət tərəfindən 16,723 kiloqram baramaya görə 83,6 min manat, 6 min ton pambığa görə 611,8 min manat, 40853,8 kiloqram şəkər çuğunduruna görə 163,4 min manat, 21.678,6 hektar əkin sahəsindən istifadəyə görə 1.558 min manat subsidiya verilmişdir. Ağdam kəndlisi haqlı olaraq əməyinə verilən yüksək qiyməti, qazandığı son nəticəyə görə bu şəkildə mükafatlandırılmasını dövlət qayğısı kimi minnətdarlıqla dəyərləndirir, təbii olaraq yeni nailiyyətlər qazanmağa ruhlanır.
Xındırıstan kəndində fermer fəaliyyəti ilə məşğul olan Ramil Babayev rayonun qabaqcıl əmək adamı kimi tanınır. Kənd təsərrüfatı məhsulları istehsalında qazandığı yüksək nəticələrə görə keçən il dövlət başçısının sərəncamı ilə “İkinci dərəcəli əmək ordeni” ilə təltif olunmuşdur. O, yenə iş başında, əmək cəbhəsindədir. Qabaqcıl fermer Ramil Babayevin dedikləri:
- Ermənilər atəşkəsi pozub vaxtaşırı təxribatlar törətsələr də, qüdrəti ilə qürur duyduğumuz Milli Ordumuzdan, qəhrəman Azərbaycan əsgərindən layiqli cavablar alıb susdurulur. Ordumuzun gücünə arxalanıb əkin-biçin işləri ilə rahat məşğul oluruq. Yaxşı bilirik ki, arzuladığımız, uğrunda candan keçməyə hazır olduğumuz qələbə üçün güclü silah, müasir hərbi texnika ilə bərabər çörəyin bol olması da vacib şərtdir. Bu il becərdiyimiz zəmilərin hər hektarından 50 sentnerdən çox taxıl götürdük. Barama istehsalında da fərəhli nəticələr qazandıq. İndi pambıqçılıqda məsul dövrdür. Aqrotexniki tələblərə ciddi əməl etməklə, pambığın xəstəlik və zərərvericilərinə qarşı səmərəli mübarizə aparmaqla çalışırıq bol məhsula etibarlı bünövrə qoyaq. Çəkdiyimiz zəhmət hədər getmir. Tarlalar yavaş-yavaş bara dolur. Minnətdarlıqla qeyd edim ki, zəruri qayğı ilə əhatə olunmuşuq. Su, gübrə, texnika sarıdan heç bir korluğumuz yoxdur.
Ağdamda əkinçiliklə yanaşı, heyvandarlığın inkişafına da böyük önəm verilir. Mal-qaranın cins tərkibi məqsədyönlü şəkildə yaxşılaşdırılır. Bu sahədə süni mayalamanın imkanlarından bacarıqla istifadə olunur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, rayonun təsərrüfatlarında mal-qaranın baş sayı ildən-ilə artır və buna nisbətdə ət, süd, yumurta istehsalında əhəmiyyətli yüksəliş qeydə alınır. Rayonda heyvandarlığın xüsusi çəkisi artmaqda davam edir. Təsərrüfatlarda qaramalın sayı artaraq 40.536 başa, davarın sayı isə 103.577 başa çatıb.
Ağdam həm də dünyada böyük şöhrət qazanmış Qarabağ atlarının vətənidir. Nadir və qiymətli Qarabağ at cinslərinin yetişdirilməsinə, Ağdam Atçılıq Zavodunun bazasında respublikada atçılığın inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük önəm verilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Ağcabədi rayonunun xam torpaq ərazisində yerləşən Ağdam atçılıq təsərrüfatı üçün müasir tipli kompleks inşa olunur. Kompleks 34 hektar sahəni əhatə edir. Layihəyə əsasən kompleksdə nəzarət-buraxılış məntəqəsi, inzibati bina, konfrans salonu, tövlələr, atların gəzinti meydançası, açıq və qapalı manejlər, qaçış zolaqları, məşq qurğusu, anbarlar, yaşayış evləri və s. inşa olunur. Bu ilin yazında atçılıq təsərrüfatında olan kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə müasir atçılıq kompleksinin yaradılmasının böyük səmərə verəcəyini qeyd etmiş, tikinti işlərini sürətləndirməyin vacib olduğunu bildirmişdir.
Cəbhə bölgəsi olan Ağdamda bu gün hər kəs öz işi ilə məşğuldur. Dövlətin qayğısından, Prezident İlham Əliyevin isti münasibətindən güc alan ağdamlılar indi çox nikbindirlər. Bolluq, firavanlıq həvəsli, torpağa, halal zəhmətə qırılmaz tellərlə bağlı olan bu insanlar əmək meydanında qazandıqları xarüqələrlə ölkə iqtisadiyyatının daha da möhkəmlənməsinə sanballı töhfələr verir, gerçək fədakarlıq nümunəsi göstərirlər. Bu gün hər bir ağdamlının ürəyində güclü və yenilməz bir inam kök atıb. Onlar birmənalı şəkildə inanırlar ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik siyasət onları tezliklə böyük qələbəyə qovuşduracaq, Ağdam da daxil olmaqla külli Qarabağ işğaldan azad olunacaq.

Lazım QULİYEV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM