Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

00:53 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hədəf İdlibdir
Hədəf İdlibdir
ANA SƏHİFƏ / SİYASƏT
12:08 29.08.2018

 

Regional və beynəlxalq aktorların bütün diqqəti Suriyanın bu bölgəsinə yönəlib

 

Yeddi ildən çoxdur Suriyada davam edən silahlı münaqişə son mərhələyə qədəm qoymaq üzrədir. Ötən müddət ərzində ABŞ və onun müttəfiqləri ölkənin şərqini zəbt etmişlər. Öz növbəsində Suriya rejimi müttəfiqlərinin köməyi ilə Fərat çayından qərbə doğru, demək olar ki, bütün bölgələrə nəzarətini bərpa etmişdir.
İdlib vilayəti istisna olmaqla, terrorçu qruplaşmaların hökmranlıq etdiyi ərazi qalmamışdır. İndi Suriya hökumət qoşunları və müttəfiqlər diqqəti terrorçuların son qalasına - İdlibə yönəltmişlər. Hadisələrin gedişi göstərir ki, rəsmi Dəməşq Rusiya və İranın dəstəyi ilə vilayəti nəzarəti altına qaytarmaqda israrlıdır.
İdlib üç il əvvəl “Cəbhə ən-Nüsrə” terrorçu qruplaşmasının əlinə keçmişdir. Sonralar Hələb, Homs, Şərqi Qutə və Dərəada səngərlənmiş radikal qruplar həmin ərazilərdən çəkilərək İdlibə köçmüşlər. Beləcə vilayət cihadçıların son dayanacağına çevrilmişdir.
Bu ilin iyulunda Suriya Prezidenti Bəşşar Əsəd bəyan etmişdi ki, İdlib vilayəti və terrorçuların yerləşdiyi digər bölgələr onun ordusunun əsas fəaliyyət istiqaməti olacaq. Öz növbəsində Rusiya Aralıq dənizində, Suriya sahillərində hərbi gəmi qruplaşması yaratmışdır. “İzvestiya” qəzeti qeyd edir ki, bu, Suriya hadisələri başlayandan bəri Rusiya hərbi donanmasının ən güclü qruplaşmasıdır. Qruplaşmaya 10 gəmi daxildir. Onların əksəriyyəti qanadlı raketlərlə təchiz olunmuşdur. Üstəlik, Suriya sahillərinə iki sualtı qayıq göndərilmişdir. Hərbi ekspertlərin fikrincə, gəmilər İdlib vilayətinə hücum zamanı Suriya ordusunu dəstəkləmək üçün dənizə çıxarılmışdır.
Rusiya rəsmiləri dəfələrlə bəyan etmişlər ki, Moskva İdlibdəki terrorçuların axırına çıxmaq əzmindədir. Ən azı ona görə ki, Rusiya qoşunlarının yerləşdiyi Hmeymim hərbi bazası idlibli cihadçıların pilotsuz hava aparatları vasitəsilə hücumuna məruz qalır.
Eyni zamanda ABŞ və onun avropalı müttəfiqləri İdlib ətrafında cərəyan edən hadisələri diqqətlə izləyirlər. Onlar ilk növbədə vilayətdəki terrorçulara qarşı hərbi əməliyyatın dağıdıcı humanitar fəlakətə gətirib çıxaracağından narahatlıq ifadə edirlər. Digər tərəfdən, ABŞ və müttəfiqləri Suriya hökumət qoşunlarının dinc əhaliyə qarşı kimyəvi silah tətbiq edə biləcəyindən qayğılandıqlarını vurğulayırlar.
Yeri gəlmişkən, kimyəvi silahdan istifadə ABŞ-ın Suriya rejimini vurmaq üçün sınaqdan çıxardığı köhnə vasitədir. Ötən ilin aprelində İdlibin Xan Şeyxun şəhərində Suriya ordusunun kimyəvi silah tətbiq etdiyi iddia olunmuşdu. O vaxt Pentaqon dərhal hərəkətə keçib Suriya ordusunun Şeyrat hərbi hava bazasını vurmuşdu. Hərçənd hamıya məlum idi ki, hökumət qoşunlarının sərəncamında olan bütün kimyəvi silah cəbbəxanası beynəlxalq nəzarət altında məhv edilmişdir. Buna baxmayaraq, “kimyəvi silah” növbəti dəfə Pentaqonun karına gələ bilər.
Əldə olan məlumata görə, ABŞ və müttəfiqləri Bəşşar Əsəd rejimini bir daha cəzalandırmağı planlaşdırırlar. Bunun üçün müəyyən hazırlıq işləri də görülmüşdür. Bu yaxınlarda Pentaqon İran körfəzinə 56 qanadlı raketlə silahlanmış “Sallivans” minadaşıyan gəmisi, Qətər ərazisindəki Üdeyd aviabazasına 24 raketlə təchiz edilmiş B-1B strateji bombardmançı təyyarəsi göndərmişdir. Müşahidəçilərin fikrincə, ABŞ-ın hərbi hazırlıqları onun Suriya rejimini hədəfə alacağından xəbər verir. Doğrudur, Vaşinqton belə fikirlərin həqiqətə uyğun olmadığını iddia edir. Amma o da istisna oluna bilməz ki, İdlibdə əməliyyat başlayan kimi vilayətdə dinc əhalinin kimyəvi silahla öldürülməsi barədə xəbərlər yayılacaq.
İdlibdə keçirilməsi gözlənilən hərbi əməliyyat hamıdan çox Türkiyəni narahat edir. Vilayət Türkiyə ilə həmsərhəddir. Astana prosesi çərçivəsində İdlib gərginliyin azaldılması zonası elan edilmişdir və burada atəşkəsə riayət olunmasına görə Türkiyə ordusu məsuliyyət daşıyır. Əməliyyat başlayandan sonra türkiyəli hərbçilərin təhlükəsizliyi istər-istəməz narahatlıq doğuracaq.
Başqa bir mühüm məsələ mümkün hərbi əməliyyat zamanı İdlibin dinc əhalisinin qorunmasıdır. Hazırda vilayətdə 3 milyona yaxın adam yaşayır. Suriyada keçirilmiş əvvəlki əməliyyatlardan məlumdur ki, əl tətiyə dəyən kimi qaçqın-köçkün axını başlayır. BMT bildirmişdir ki, İdlib probleminin hərbi həllinə əl atılsa, 250 mindən 700 minədək qaçqın-köçkün ordusu peyda olacaq. Onların Türkiyəyə sığınmaqdan başqa yolu qalmayacaq. Türkiyədə 3,5 milyon suriyalı qaçqın yaşayır. Onlara daha yüz minlərlə qaçqın qoşulsa, Türkiyənin vəziyyətini təsəvvür etmək çətin olmaz.
Ona görə də rəsmi Ankara haqlı olaraq İdlibdə hərbi əməliyyatın keçirilməsinə qarşı çıxır. Türkiyə rəsmiləri dəfələrlə xəbərdarlıq etmişlər ki, İdlibin gərginliyin azaldılması zonası kimi saxlanması həm humanitar baxımdan, həm də terrorizmlə mübarizə kontekstində vacibdir. Ankaranın fikrincə, bütün terrorçular eyni cür təhlükəlidirlər və onlarla fəal mübarizə aparmaq lazımdır. Bununla belə, İdlibdə vəziyyəti silah gücü ilə tənzimləmək cəhdi təkcə bu bölgədə fəlakətə gətirib çıxarmayacaq, həm də bütün ölkənin gələcəyi üçün təhlükəyə çevriləcək. Odur ki, İdlibdə terrorçularla dinc əhali arasında dəqiq fərq qoymaq son dərəcə vacibdir. Digər tərəfdən, Rusiya rəsmilərinin nəzərinə çarpdırılmışdır ki, İdlibdə gərginliyin artması təkcə Rusiya-Türkiyə münasibətlərində etimadı deyil, həm də Suriyada atəşkəsə zəmanət verən ölkələrin nüfuzunu sarsıdacaq. Ona görə də ən münasib çıxış yolu Suriyada atəşkəs rejimini qoruyub saxlamaqdır. Ankara bu işdə Moskva ilə əməkdaşlıq etməyə hazırdır.
Məsələ Türkiyə və Rusiya rəsmilərinin görüşlərində dəfələrlə müzakirə olunmuşdur. Bununla belə, Moskva İdlib əməliyyatından vaz keçmək niyyətində deyil. Çihadçıların İdlibdən çıxmaq üçün yolu qalmayıb. Onlar son nəfəsədək vuruşmalı olacaqlar. Bu isə İdlibin qanlı döyüş meydanına çevriləcəyindən, nəticə etibarilə dinc əhalinin yeni faciə, Türkiyənin isə yeni qaçqın dalğası ilə qarşılaşacağından xəbər verir.

Allahverdi MEHDİYEV,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM