Alternative content

02:16 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Lerik rayonunda baş vermiş zəlzələlər nəticəsində köhnə tikililərdə çatlar əmələ gəlib
Lerik rayonunda baş vermiş zəlzələlər nəticəsində köhnə tikililərdə çatlar əmələ gəlib
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:08 28.08.2018

Avqustun 28-də cənub bölgəsində - Lerik rayonunda maqnitudası 5,1, 3,7, 3,1 bal olan ardıcıl üç zəlzələ baş verib.

Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ilkin məlumatlara görə, yeraltı təkanlar zamanı ciddi dağıntı qeydə alınmayıb. Lakin köhnə tikililərdə çatlar əmələ gəlib.

Hazırda rayon fövqəladə hallar komissiyası yerlərdə araşdırmalar aparır.