Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

22:49 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV D vitamini ürək çatışmazlığına qarşı təsirli vasitədir
D vitamini ürək çatışmazlığına qarşı təsirli vasitədir
ANA SƏHİFƏ / Səhiyyə
10:08 28.08.2018

Orqanizmdə D vitamini əsasən ultrabənövşəyi şüaların təsiri nəticəsində yaranır. Sümüklərin minerallaşması prosesində mühüm rol oynayan (sümük bərkiməsi, çat və sınıqların sağalmasına kömək edir) bu vitamin immun sistemi üçün də zəruridir. D vitamininin çatışmazlığı autoimmun xəstəlikləri və yuxarı tənəffüs orqanlarının infeksiyaları riskini artırır.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Britaniyanın Linds klinikasının alimlərinin tədqiqatları nəticəsində D vitamininin sistemli şəkildə qəbul edilməsinin ürək çatışmazlığı problemindən əziyyət çəkən xəstələrə faydalı olması aşkar edilib. Belə ki, həmin pasiyentlərin ürək əzələlərinin fəaliyyəti yaxşılaşıb.

Tədqiqatlara klinikanın orta yaş həddi 70-ə yaxın olan 163 pasiyenti cəlb edilib. Bu yaş dövründə hətta yay mövsümündə də D vitamininin miqdarının aşağı düşdüyü qeydə alınır. Alimlər bildiriblər ki, məsələ yaşlı adamların günəş altında az vaxt keçirməsində yox, dərinin D vitaminini sintezləşdirmə qabiliyyətinin azalmasındadır.

Tədqiqatların gedişində pasiyentlər ilboyu D vitamini, yaxud plasebo həbləri qəbul ediblər. Eyni zamanda, həkimlər bu həblərin ürək çatışmazlığı olan pasiyentlərin ürək fəaliyyətinə təsirini müşahidə ediblər. Ürək mədəciklərində sıxılmalar zamanı damarlara axan qanın miqdarı – tullantı fraksiyası alimlərin diqqət mərkəzində olub. Sağlam insanlarda bu göstəricilər ümumi həcmin 60-70 faizini təşkil edir, eksperiment iştirakçılarında isə həmin rəqəm cəmi 25 faizə çatıb.

Aparılan tədqiqatların sonunda D vitamini həbləri qəbul edənlərin fraksiya göstəriciləri 34 faizə yüksəlib. Bundan başqa, pasiyentlərin ürək həcminin azalması da onun möhkəmləndiyini və daha effektiv işlədiyini göstərib.

Britaniya Səhiyyə Nazirliyinin tövsiyələrinə görə, 65 yaşdan yuxarı insanlar gündə 10 mkq (0,01 mq) D vitamini qəbul etməlidirlər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM