28 Avqust 2018 10:08
603
Səhiyyə
A- A+

Alında əmələ gələn qırışlar insan səhhətində olan hansı problemlərdən xəbər verir?

Fransa mütəxəssisləri müəyyən ediblər ki, alında əmələ gələn qırışlar ürək-damar xəstəlikləri səbəbindən yüksək ölüm riskinin indikatoru rolunu oynaya bilər.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, alında qırışların əmələ gəlməsi, çox ehtimal, aterosklerozla bağlıdır. Bu əlamət həkimlərə xəstəliyi vaxtında aşkar etmək və pasiyenti müayinəyə göndərmək imkanı yaradır.

İnsan yaşlandıqca, ürək-damar xəstəliklərinin inkişaf riski artır. Lakin həyat tərzinin dəyişdirilməsi və vaxtında göstərilən tibbi yardım bu təhlükəni azalda bilər. Həkimlərin vəzifəsi mümkün problemləri kifayət qədər tez üzə çıxarmaqdır.

Tədqiqat müəlliflərinin sözlərinə görə, yaşlanmanın müxtəlif məlum əlamətləri və onların orqanizmin vəziyyəti ilə bağlılığı təhlil edilib. Alimlər alının horizontal qırışları üzərində fikirlərini cəmləşdiriblər. Tədqiqat başlanan zaman 32, 42, 52 və 62 yaşlarında 3200 iştirakçı seçilib. Alimlər onların üz ifadələrindən asılı olaraq, alınlarındakı qırışı 0-3 bal arası qiymətləndiriblər.

Alimlər 20 il ərzində könüllüləri müşahidə ediblər. Bu vaxt ərzində 233 nəfər iştirakçı həyatdan köçüb. Məlum olub ki, qırışlar nə qədər dərindirsə, ürək-damar xəstəliklərindən ölüm halı bir o qədər həqiqətə uyğundur.

Qırışları 2-3 balla qiymətləndirilən könüllülərdə ürək xəstəliklərindən ölüm riski 0 bal toplayanlardan 10 dəfə artıq olub. Nəticələr hətta yaş, cins, təzyiq, zərərli vərdişlər və digər amillərə dəyişiklik edildikdən sonra da olduğu kimi qalıb.

Qırışların nəyə görə ürəkdə olan problemlərdən xəbər verməsini tədqiqatçılar hələ ki izah edə bilmirlər. Onlar bunu aterosklerozla – arteriya divarlarında xolesterin piləklərin əmələ gəlməsi ilə bağlayırlar. Ürək tutmalarının və ürək-damar sisteminin bir çox problemlərinin başlıca səbəbi məhz aterosklerozdur.

Tədqiqatçılar ehtimal edirlər ki, aterosklerozla əlaqəli olan oksidləşmə stressi (oksidləşmə nəticəsində hüceyrələrin zədələnməsi) və kollagenin dəyişməsi ilə qırışların əmələ gəlməsi arasında bağlılıq var. Alında qan damarları o dərəcədə kiçikdir ki, onlar piləklərin əmələ gəlməsinə daha həssasdırlar. Bu səbəbdən də qırışlar damarların qocalmasının erkən əlaməti sayıla bilər.

Hesab olunur ki, infarkt və insult riski yüksək olan insanlar aspirin qəbul etməlidirlər. Lakin alimlərin digər qrupunun hesabatı bu məsləhəti şübhə altına qoyur. Onlar 7 ölkədən olan və aspirinlə yanaşı, platsebo qəbul edən 12 mindən çox pasiyentin göstəricilərini təhlil edərək, belə nəticəyə gəliblər ki, aspirin infarkt riskini gözəçarpan dərəcədə aşağı salır, lakin insulta nəzərəçarpacaq təsir göstərmir. Tədqiqatçılar aspirini hər şeyi ölçüb-biçdikdən və həkim tövsiyəsindən sonra qəbul etməyi məsləhət görürlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video